Əliyar Ağayev: "Bu səhvi özümə də yaraşdırmadım"

30.04.2016 | 3425 dəfə oxunub

Ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda keçirilən “Neftçi” – “Qəbələ” oyunund FİFA referisi Əliyar Ağayev oyunun nəticəsinə təsir edən kobud səhvlər etdi. Stadium.Az xəbər verir ki, ötən gün təşkil edilən mətbuat konfransında Əliyar Ağayev bu məsələyə aydınlıq gətirdi:

“Mənə danışmaq çox çətindir. Belə hakimə belə səhv etmək yaraşmaz. Videodan da görünür ki, mənim hadisəyə mövqeyim idealdır. Çox düzgün mövqe seçmişdim. Oyun bitəndən sonra da qərara şübhəm yox idi. Oyun bitəndən sonra Hakim İnspektor Xaqani Məmmədov bildirdi ki, səhv etmişəm. Yenə də şebhə etdim, çünki qərarıma əmin idim. Evə gedəndən sonra təkarara baxdım və şoka düşdüm. Bu cür aşkar qayda pozuntusunu qeydə almamağı ən azından özümə yaraşdırmadım. Nə bilim... oldu da... Üzr istəmək zəiflik deyil. Bundan sonra heç nə dəyişməyəcək, nə hesab, nə də bəzilərinin münasibəti. Mənim bundan öncəki oyunlarda da səhvim olub. Karyeramda etmədiyim səhvləri bu mövsüm etmişəm. “Qəbələ” – “Qarabağ”, “Neftçi” – “Sumqayıt”, “Zirə” – “Neftçi” oyunlarında səhvlərim olub. Tənqid qəbul ediləndi. Bundan əvvəl də olub. Əsas odur qərəzli olmasın, təhqir olmasın. Təhqir edənləri də vicdanlarına buraxıram. Bir birimizdə qərəz axtarsaq, hem kimin hem kimə köməyi olmayacaq. Məncə bu qərarımda qərəz axtarmaq düzgün deyil. Əksinə, dəstək olmalıyıq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail