Rəşad Sadiqov: "Səhv 1-2 dəfə olar, hər dəfə yox" - MÜSAHİBƏ

28.04.2016 | 3668 dəfə oxunub

Ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" ilə səfərdə 1:1 hesablı heç-heçə edən “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov matçdan sonra jurnalistlərə müsahibə verib: 

- Fərqli iki hissə izlədik. Erkən qol vursanız da, fasilədən sonra hesabı qorumağa çalışırdınız?

- İkinci hissədə oyunu əks-hücumlar üzərində qurmuşduq. “Neftçi”nin hücuma atılacağını bilirdik. Planımız baş tutdu. 3-4 real qol epizodu yaratdıq, amma bunlardan yararlana bilmədik. Əvəzində rəqib hesabı bərabərləşdirdi. Hər halda, rəqib meydanında 1:1 hesablı heç-heçə pis nəticə deyil.

- İlk yarıdakı oyunu davam etdirmək mümkün deyildi?

- Hesabda üstün idik. Bilirdik ki, “Neftçi” boş dayanmayacaq və irəli atılacaq. Belədə rəqibi əks hücumda yaxalamaq mümkün idi. Biz də bundan istifadə etməyə çalışdıq.

- Aleksey Qayın yıxıldığı epizodda penalti var idi?

- Hakimin qərarı sadəcə, biabırçılıq idi. Hakimlər utansınlar. Artıq neçənci dəfədi belə edirlər.

- Bəs qırmızı vərəqəni nəyə görə verdi?

- Buna görə Əliyar Ağayevə (oyunun baş hakimi) təşəkkür edirəm. Məni harda gördüsə qırmızı vərəqə verir. “Qarabağ”la oyunda da qırmızı vərəqə göstərmişdi. Həmin vaxt Qara Qarayevə toxunmuşdum. Qara özü də şoka düşdü ki, hakim mənə qırmızı vərəqə göstərdi. Həqiqətən biabırçılıqdı. Peyğəmbərimizin belə bir hədisi var: Hər üç hakimdən ikisi cəhənnəmlikdi. Əliyar özü hansınnı istəsə seçim edə bilər.

- Baş məşqçiniz Roman Qriqorçuk da referilərdən narazılığını bildirdi...

- Bu il çempionatda bizə qarşı haqsızlıqlar çox oldu. Penaltilərimizi vermədilər, yersiz qırmızı vərəqələr göstərdilər. Bir tərəfli idarəçilik görəndə adam fikirləşir, bu nə qədər olar. Niyə hər dəfə bizim əleyhimizə qərar qəbul edirlər.

- Bunu qərəz kimi qəbul edirsiniz?

- Harda məni görəndə qırmızı verirsə, deməli, qərəzdi. Hər dəfə penaltimizi vermirlər. Səhv 1-2 dəfə olar, hər dəfə yox. Artıq normanı aşırlar.

- Cavab oyununda yoxluğunuz hiss olunacaqmı?

- Uşaqlar çalışacaq yoxluğum hiss olunmasın.

- “Zirə” ilə kubok və çempionat oyunları ardıcıl keçirildi. Həmin vaxt “Zirə” kubokun cavab matçında böyük hesabla uduzsa da, çempionat matçında qələbə qazandı. “Neftçi” ilə də oyunlar belə alınıb. Rəqib sizi yanılda bilərmi?

- “Zirə” Bakıda keçirilən ilk oyunda mübarizə apardı. Amma uduzduğundan cavab oyununa çox güc sərf etmədilər. Həm də kuboku qazanmaq bizim üçün çox vacibdi. Bu dəfə elə olmayacaq.

- Bürünc medalla ölkə kubokunu qazanmaq “Qəbələ” üçün uğur sayılacaqmı?

- Açığı, heyətimizə görə bizim üçün 3-cü yeri tutmaqla 5-ci olmaq arasında ciddi fərq yoxdu. Bu, bizə yaraşmır. Ən azı ölkə kubokunu qazanmalı, mövsümü titulla başa vurmalıyıq.

- Çempionluq yolunda “Qarabağ”dan geri qalmağınızı hər iki komandada çıxış edən legionerlərin ustalıq səviyyəsinin fərqinin nəticəsi kimi dəyərləndirmək olarmı?

- Bunu mən deyə bilmərəm. Bu baş məşqçinin, mütəxəssislərin, jurnalistlərin verəcəyi cavabdı. Komanda yoldaşlarıma da tapşırmışam ki, heç kim haqda danışmasınlar. Bizim işimiz futbol oynamaqdı. Bu məsələyə gərək futbolçular qarışmasınlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail