Roman Qriqorçuk: "Qoy məni yenə cərimələsinlər"

28.04.2016 | 3600 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk ölkə kubokunun yrımfinal mərhələsinin "Neftçi"ylə ilk oyunundan (1:1) sonra hakimlik barədə sərt fikirlər səsləndirib:

- Qoy məni yenə cərimələsinlər, amma bəyan edirəm: cari mövsümdə minimum 15 xalımızı əlimizdən alıblar.

- Düşünmürsünüz ki, bu cür bəyanatla hakimləri özünüzə qarşı daha da aqressiv edirsiniz?

- Bundan pis olmayacaq. Siz ancaq penalti epizodunu görürsünüz. Amma bununla iş bitmir. Qay sarı vərəqə limitinə yüklənir. Rəşad Eyyubov da həmçinin. Necə danışmayım? Əsəbim dözmür. Bu gün bilərəkdən texniki  zonadan çıxdım ki, məni də qovsunlar. Bu şəraitdə işləməyim əhəmiyyətini itirir. Çünki bu ədalətsizliklə mübarizə aparmağın yollarını bilmirəm.

- Hakimliklə bağlı iradlarınızı bildirdiz. Bəs, medalın ikinci tərəfi?

- Bəli, çoxsaylı qol epizodlarını qaçırdıq və bu, bizi qayğılandırır.

- Qeyd etdiniz ki, hakimlər minimum 15 xalınızı alıb. Sizə elə gəlmir ki, “Qəbələ”ni bilərəkdən boğan üçüncü əl var?

- Yox, elə düşünmürəm. Ancaq real faktlar var. Siz – jurnalistlərin bunu təhlil etməyə vaxtınız olmur. Ancaq mən hər oyunumuzu təhlil edirəm axı! Təsəvvür edirsiniz nələr üzə çıxır?! Xırda follar, amma aşkar görünən, yaxud bir başqa misal çəkim. Oyunlardan birində cəmi 65 dəqiqə mübarizə apardıq. Qalan vaxtın 20 dəqiqəsini rəqib komandanın qapıçısı topla yerdə sərilib, vaxtı öldürürdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail