Qurban Qurbanov: "Oyundan razı qalmadım"

28.04.2016 | 3389 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "İnter"ə 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan razı qalmadım. Süni örtüklü meydança futbolçularımızın çox top itkilərinə yol verməsinə səbəb oldu. Əsas məqsədimiz topa daha çox nəzarət etmək idi. Bununla belə, futbolçularımı təbrik edirəm. Önəmli qələbə qazandıq.

- Oyundan narazı qaldığınızı bildirdiniz. Əsasən nədən narazı qaldınız?

- Bildirdiyim kimi, daha çox nəzarət etmək istəyirdik. Daha az top itkisinə yol verməli idik. Yəni daha keyfiyyətli oynaya bilərdik.
 
- Premyer Liqanın növbəti turunda çempionluğu rəsmiləşdirə bilərsiniz. Bu gün qazanılan qələbənin sizin üçün əlavə motivasiya olacağını düşünmürsünüz?

- Kubok başqa, çempionat oyunları tam başqadır. Motivasiya baxımıdan problem yaşayacığımızı düşünmürəm. Futbolçularımız da çempion olacağımız günü gözləyir.
 
- Azərbaycan çempionatında çıxış edən digər komandanın baş məşqçisi olsanız, “Qarabağ”ı məğlub etmək üçün neçə gün düşünərdiniz?

- Olmayan şeylər barədə düşünmək istəmirəm. Amma bizim komandamız da az məğlub olmayıb.
 
- Migel Madera son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Onun belə oyunu sizin üçün nə dərəcədə gözləniləndir?

- Migeli bəyənib götürmüşdük. Uzun müddət La Liqada oynayıb. Migel ümidlərimizi doğruldur. Amma hər oyun bir futbolçudan daha çox şeylər gözləyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail