Vəli Qasımov: "Erik Ramosun yoxluğu öz sözünü dedi"

28.04.2016 | 3629 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan kubokunun yarımfinalında "Qəbələ" ilk oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavabandırıb. 

 - Oyunun birinci hissəsində zəif oynadıq. Ancaq ikinci hissədə yaxşı təsir bağışladıq. Hesabı bərabərləşdirdik, ancaq qələbəni gətirə bilmədik. Erik Ramosun yoxluğu öz sözünü dedi.  

 - Ayltonu bir ara hücumda oynadırdınız. Ancaq yenidən müdafiənin sol cinahında yer aldı. Səbəb nə idi?

- Çünki Ramosun yoxluğunda müdafiəyəmeylli oyunçuya ehtiyacımız var idi. Ona görə də Aylton müdafiədə oynadı. 

 - Niyə qapıçıları tez-tez dəyişirsiniz?

- Oyundan öncə hər iki qapıçı ilə söhbətləşirəm. Hər ikisinə şans verirəm. Çalışıram ki, ruhdan düşməsinlər. Hər şey ola bilər. Ola bilər ki, Qəbələdəki cavab matçında Maksim Vaylo oynasın. Düşünmürəm ki, tez-tez dəyişiklik qapıçıların sabitliyinə pis təsir göstərsin.   

 - Həmkarınız Roman Qriqorçuk hakimlərdən narazı qaldı. Bəs siz?

- Mən hakimlər haqda danışmaq istəməzdim. Hər insan səhv edə bilər. Mən səhvləri ilk növbədə öz komandamda axtarıram. Fərqi yoxdur, həmin səhvlər bizə olsaydı, yenə hakimlik haqda danışmazdım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail