Erik Ramos: "Neftçi"dən ayrılmaq öz qərarımdı" - MÜSAHİBƏ

24.04.2016 | 5343 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXXI turunda doğma meydanda "Zirə"ylə qolsuz bərbaərə qalan “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos matçdan sonra jurnalistlərə müsahibə verib: 

- Oyunla bağlı nə deyə bilərsiz?

- Çətin oyun oldu. 90 dəqiqə ərzində xeyli əziyyət çəksək də, təəssüf ki, qələbə qazana bilmədik. Amma komandanın gələcəyinə inanırıq. Qarşıda çətin oyunlarımız var. Xüsusilə də “Qəbələ” ilə oyunların bizim üçün uğurlu keçəcəyinə inanırıq.

- Xeyli vaxtdı media ilə ünsiyyətdən kənarda qalmışdınız. Bunun səbəbi ilə maraqlanmırdınız?

- Səbəbini bilirdim. Çünki klubumuzda ispan dilini bilən tərcüməçi yoxdu. Özüm isə ingilis dilində danışa bilmirəm. Buna görə də ünsiyyətimiz alınmırdı.

- Tərcüməçinin olmaması problemlə qarşı-qarşıya qoymur sizi?

- Az da olsa, ingilis dilini bilirəm və bu da işimə yarayır. Buna görə də problem yaşamıram.

- “Neftçi”dən gedəcəyinizi demişdiniz. Belə vəziyyətdə oyunlara köklənmək çətinlik yaratmır?

- Burda yetərincə vaxt keçirdim. Dörd illik çıxışımdan sonra özümü başqa yerdə sınamaq qərarına gəldim. Burda olduğum müddətdə hansısa problemlə üzləşmədim. Ayrılmaq öz qərarımdı.

- Siz bu kluba keçəndə komanda iddialı idi. Amma bu gün aşağı pillələrdə qərarlaşıb. Hadisələrin bu cür axarının səbəbini nədə görürsüz?

- Təəssüf ki, əvvəlki gücümüzü qoruya bilmədik. Klubda çoxlu dəyişikliklər oldu. Həm rəhbərlik, həm də futbolçuların dəyişməsi  təsirsiz ötüşmədi. Yəni komandanın layihəsi düzgün qurulmamışdı. Amma gələcəkdə bunun düzələcəyinə inanıram.

- Oyun zamanı azarkeşlər komandanı ələ salan şüarlar səsləndirirdi. Yəni birinci divizion klublarının adını çəkərək “gözləyin, “Neftçi”də gəlir”, deyirdilər...

- “Neftçi” özü də bu vəziyyətdə olmağı istəməzdi. Heç də xoş situasiya deyil. Gələcək 2 ildə komandanın əvvəlki gücünü bərpa edəcəyinə inanırıq.

- Devalivasiyadan sonra ölkəmizdən ayrılan legionerlər burdan getdikdən sonra azərbaycan haqqında yaxşı fikirlər səsləndirmirdilər. Bəs siz nəyi xatırlayacaqsınız?

- Azərbaycan haqda heç vaxt pis fikir səsləndirə bilmərəm. Çünki bura ilə bağlı xoş xatirələrim olub. Bunlar haqda danışacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail