Riçard Almeyda: "Kəpəz"i ciddiyə almalıyıq" - MÜSAHİBƏ

07.02.2016 | 2566 dəfə oxunub

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda "Xəzər Lənkəran"a 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra müsahibə verib:

- ”Xəzər Lənkəran” üzərində qələbə “Qarabağ”a asan başa gəlmədi...

- Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. İlk hissədə də göründü ki, rəqib bu oyuna yaxşı hazırlaşıb. Amma etiraf edim ki, biz də bir qədər tələsirdik. Son turda xal itirmişdik və meydanda çox səbirsiz idik. Buna görə də tez-tez top itkilərinə yol verirdik. Amma ikinci hissədə şanslarımızdan yararlanmağı bacardıq və 3 xalı qazandıq.Bu qələbə bizim üçün çox vacib idi.

- Hazırda “Xəzər Lənkəran” heç də yaxşı günlərini yaşamır. Niyə onların sizə çətinlik yaradacağını gözləyirdiniz ki?

- Çünki bütün oyunlar çətindir. AZAL-la oyunda da çoxlu qol vəziyyətimiz oldu. Amma heç birindən yararlana bilmədik. Əvəzində rəqib bir qol vurdu və qələbə qazandı. Qarşıda "Kəpəz"lə oyun var. Həmin görüş daha çətin olacaq. Biz bilirik ki, Premyer Liqada bütün klublar “Qarabağ”a qarşı sıx oynayır.  Lakin "Xəzər Lənkəran" üzərindəki qələbədən sonra qarşıdakı oyunlara sakit şəkildə hazırlaşa bilərik.

- Meydanda tez-tez top itkilərinə yol verirdiniz və futbolçular istədiyi oyunu sərgiləyə bilmirdi. Bunu son oyunlardakı uğursuzluq, yoxsa Antalya yorğunluğu ilə əlaqələndirmək olar?

 - Bu fikrilə razı deyiləm. Siz komandamızın hər oyunda nə qədər qol epizodu yaratdığını gördünüz. “Xəzər Lənkaran”la oyunun ilk hissəsində də yaxşı şanslarımız oldu.

- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsınız. Rəqib son oyunlarda öz meydanında çox aqressiv çıxış edir...

 - Elə buna görə də bu oyuna yaxşı hazırlaşmalı, "Kəpəz"i ciddiyə almalıyıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail