“Qəbələ” ilə oyundakı uğurlu startımızı davam etdirmək istəyirik"

07.02.2016 | 2397 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”  Gəncə şəhər stadionunda AZAL-ı qəbul edəcək. Stadium.Az xəbər verir ki, qarşıdakı oyun öncəsi “sarı-göylər”in futbolçusu Şəhriyar Əliyev klub saytına açıqlama verib.

Müdafiəçi komandasını çətin matçın gözlədiyini bildirib: “Deyərdim ki, AZAL-la oyun “Qəbələ” matçından daha çətin olacaq. Bölgə klubuna da qarşı zəif oynamadıq. Sadəcə, güclü, iddialı komandalara qarşı motivasiya başqa cür olur. AZAL da yaxşı komandadır. Bizim kimi onların da Avroliqaya getmək şansı var. Turnir cədvəlində də bizdən çox da uzaqda deyillər. Aramızda xal fərqi azdır”.
 
Əvvəlki iki dövrədə keçirilən “Kəpəz” – AZAL oyunlarında fərqli nəticələr qeyd alınıb. Gəncədə Bakı təmsilçisini 1:0 hesabı ilə məğlub edən “sarı-göylər” paytaxtda reallaşmış oyunda 1:1 hesablı heç-heçə etmişdi: “Həm biz, həm də rəqib meydana qələbə üçün çıxacaq. Onlar da səfərə xal aparmağa gələcəklər. “Qəbələ” ilə oyundakı uğurlu startımızı davam etdirmək istəyirik. Razıyam ki, bizə çox çətin olacaq. Ancaq qələbə qazanmalıyıq. Bu oyun bizə hava-su kimi lazımdır. Doğma stadion və azarkeş amili xeyrimizədir. Odur ki, məqsədimiz üç xal götürməkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail