Araz Abdullayev: "Birinci hissə o qədər də yaxşı oynamadıq"

06.02.2016 | 2722 dəfə oxunub

“Neftçi”nin yarımmüdafiəçisi Arz Abdullayev “Rəvan”la (1:1) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az xəbər verir ki, Araz xal itirdikləri oyun barədə belə danışıb:

“Etiraf edək ki, birinci hissə o qədər də yaxşı oynamadıq. Ancaq ikinci hissə başlayan kimi bir neçə imkanımız oldu. Onlardan istifadə edə bilmədik.

Rəqibin hesabı açmasına baxmayaraq, ruhdan düşmədik və cavab qolunu vurmağı bacardıq. İkinci qolu da vura bilərdik, ancaq şanssızlıq imkan vermədi. “Rəvan”ı da səfərdə qazandığı bir xala görə təklif edirəm. Sonrakı oyunlar üçün hazırlaşmalıyıq.

“Qarabağ”, “Qəbələ” kimi rəqiblərlə oynayanda motivasiya daha güclü olur. Bu cür oyunlarda da çalışırıq ki, oyuna daha ciddi yanaşaq. Ancaq futboldu, diqqətsizlik olur və bu cür nəticələr qaçılmazdı. “Rəvan”ı aşağılamaq fikrim yoxdu, lakin baxırsan ki, “Neftçi”yə qarşı oynayanda daha başqa cür çıxış edirlər. Biz də çalışdıq. Qalib də gələ bilərdik.

Hakimlik haqqında nəsə deməyə gərək duymuram. Elvinlə yaxın dostuq, görüşürük, söhbət edirik. Meydanda atmosfer gərgin olur, hamı istəyir ki, temp yüksək olsun, ancaq qarşılaşma tez-tez dayananda temp də ölür. Ona görə, xırda etirazlar edirdik. Belə şeylər də oyunda olan normal haldı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail