Bəhmən Həsənov: "Nədən başlayım, nə danışım, heç bilmirəm"

05.02.2016 | 3019 dəfə oxunub

“Rəvan” bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə “Neftçi”ylə 1:1 hesablı heç-heçə etdi. Stadium.Az xəbər evrir ki, “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov oyundan sonra matç barədə bunları söylədi:

“Nədən başlayım, nə danışım, heç bilmirəm. “Neftçi” yaxşı komandadı, biz də əlimizdən gələni etdik ki, yaxşı çıxış edək. İni heç kimdən incimək lazım deyil. İnciyirik, daha da əsəblərimiz pozulur. Özümüzə ziyan edirik. Kimdən kimə şikayət edəsən? Özümdən, özümə? Hakimlik barədə də bir söz demirəm. Hakimlikdən şikayət etməkdən də yorulmuşam. İnşAllah ki, onlar da düzələr. Bizim hər futbolçunu əvəzləyəcək futbolçumuz yoxdur. Bizim toplanışın bir əvvəli oldu, bir də axırı. Sonu olmadı. Biz bu oyunda da ədalətsizliklə qarşılaşdıq. Ruslana heç bir səbəb olmadan sarı vərəqə göstərildi. Yasinə qırmızı vərəqə də haqsız yerə göstərildi. Bir iki futbolçumuz var, onlarında axırına hakimlər çıxır. Elə belə də yazarsız. Maaşlar da veriləcək. Yanvarın əmək haqlarının yarısı verilib, qalan hissəsi də yaxın günlərdə veriləcək. Bizim komandada maraqlı bir qayda var. Bizdə həmişə ilk olaraq əmək haqların futbolçular alır, sonra isə idarə heyəti və məşqçilər. Bizdə istəyərik hücum futbolu oynayaq. Ancaq hər dəfə istədiyimiz olmur. Biz bu dəfə də hücum futbolu oynamaq istədik, amma “Neftçi” buna imkan vermədi. Bizim yaxşı dayaq yarımmüdafiəçimiz yoxdur. İkinci hücumçumuz da yoxdur axı. Bu gün qələbə qazansaq da, mən oyundan narazı qalacaqdım. Əgər futbolçular mənim istədiklərimi etsələr inanın ki, biz heç bir oyunda məğlub olmazdıq. Əsas məsələ odur ki, futbolçular takriki baxımdan səhv etməsinlər. “Neftçi” bizdən çox texnikalı komandadır. Amma biz də ağıllı futbol oynamağa çalışdıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail