Xomuxa baş məşqçi vəzifəsindən azad edildi

25.11.2015 | 2444 dəfə oxunub

Noyabrın 25-də Rusiya Futbol İttifaqı (RFİ) İcraiyyə Komitəsinin iclası keçirilib.

Stadium.az xəbər verir ki, həmin iclasda RFİ Texniki Komitəsi Dmitri Xomuxanın futbol üzrə gənclərdən ibarət Rusiya yığmasının baş məşqçisi vəzifəsindən azad edilməsini qərara alıb.

Xatırladaq ki, Rusiyanın gənclərdən (yaşı 21-dən çox olmayan oyunçulardan) ibarət yığma komandası noyabrın 17-də Bakıda 2017-ci il Avropa çempionatının seçmə turnirində Azərbaycan komandasına qarşı matçda 0:3 hesabı ilə məğlub olub. Beləliklə, Xomuxanın komandası dörd matçdan sonra cəmi üç xal toplayaraq, hazırda qrupda beşinci yeri tutur.

Xomuxa Rusiyanın gənclərdən ibarət yığma komandanın baş məşqçisi vəzifəsinə 2015-ci ilin avqust ayında təyin edilib. 46 yaşlı mütəxəssislə kontraktın müddəti 2017-ci il Avropa çempionatının seçmə dövrəsi başa çatana qədər nəzərdə tutulmuşdu. 2013-cü ildə Xomuxanın rəhbərliyi ilə Rusiyanın yeniyetmələrdən (17 yaşa qədər oyunçulardan) ibarət yığma komandası Avropa çempionatında qələbə qazanıb, 2015-ci ildə isə 19 yaşa qədər oyunçulardan təşkil olunmuş yeniyetmələr komandası Avropa birinciliyinin gümüş medallarını qazanıb.

Xatırladaq ki, Rusiyanın gənclərdən ibarət yığması 2017-ci il Avropa çempionatının seçmə turnirində uğursuz start götürüb. Rusiyalılar dörd matçdan üçündə məğlubiyyətə uğrayıb – Finlandiya (0:2), Avstriya (3:4) və Azərbaycan (0:3) yığmalarına uduzub. Dmitri Xomuxanın yetirmələri yalnız Farer adalarının yığması ilə matçda qalib gəliblər (2:0).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail