İdmançılarımız İqnatyevin mükafatları uğrunda mübarizə aparacaqlar

25.11.2015 | 2447 dəfə oxunub

Dekabrın 10-11-də “Çeboksarı Arena” Buz Sarayında qadınlar arasında sərbəst güləş üzrə Rusiya Açıq Kuboku yarışları keçiriləcək.

Stadium.az Rusiya KİV-lərinə istinadla bildirir ki, Çuvaşiyanın rəhbəri Mixail İqnatyevin mükafatları uğrunda mübarizə aparılacaq bu yarışlarda rusiyalı idmançılarla yanaşı xarici atletlərin də iştirak edəcəyi gözlənilir. İndiyə qədər Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-ı təmsil edən əllidən çox idmançı Rusiya Açıq Kubokunda iştirak edəcəyini təsdiqləyib.

Rusiya Açıq Kuboku yarışlarının medalları uğrunda qadın güləşçilər 8 çəki dərəcəsində (48, 53, 55, 58, 60, 63, 69 və 75 kq) özlərini sınayacaqlar.

Yarış yeni formatda ilk dəfə keçiriləcək: turnirin ilk günündə bütün çəki dərəcələrində ilkin döyüşlər keçiriləcək, ikinci gün səhər proqramında bürünc mükafatların sahibləri müəyyən ediləcək, həmin gün axşam isə bütün çəki dərəcələrində final görüşləri keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail