"Qəbələ"də Roman Qriqorçukun hər kəs tərəfindən sevildiyini düşünmürəm

24.11.2015 | 2980 dəfə oxunub

Azərbaycanlı mütəxəssis Aslan Kərimovun müsahibəsi

- Ölkə çempionatında maraqlı vəziyyət hökm sürür. Maliyyə problemlərindən əziyyət çəkən, az qala hər müsahibəsində şikayətlənən futbolçulara malik "İnter" hazırda ikinci pillədə qərarlaşıb...
- Bu, onu göstərir ki, "Qarabağ" və "Qəbələ" istisna olmaqla digər klublarda ciddi maliyyə problemləri var. Legionerlərin əksəri ölkəmizdən ayrıldı. Nəticədə çempionatın səviyyəsi aşağı düşüb. Düzdür, "İnter" bəzi oyunçularını çətinliklə də olsa, saxlayır. Hər halda bu komanda futbolçuları ayda 100-200 manat pul alan AZAL-a qalib gələcək gücdədir. Zaur Svanadzeyə və onun işinə hörmətim var. 13 turdan sonra bu komandanın ikinci pillədə qərarlaşması onun və yetirmələrinin əməyinin nəticəsidir.

- Sizcə, son beş turda qələbə qazana bilməyən "Qəbələ"də nə baş verir?
- Mənə elə gəlir ki, Roman Qriqorçuk qısa zaman ərzində "Qəbələ"də uğura diktator metodları ilə uğur qazana bildi. Komandada hər kəsin onu sevdiyini, hörmət etdiyini düşünmürəm. 12-13 futbolçuya güvənirsənsə, o zaman qalan futbolçulardan hörmət gözləməyə dəyməz. Onun əsas heyət oyunçusu gözü ilə baxmadığı futbolçular bəzi görüşlərdə meydana çıxsalar da, meydanda tam güclərini qoya, nəyə qadir olduqlarını göstərə bilmirlər. İstənilən komandada belə vəziyyət yarana bilər. Baş məşqçi sənə güvənmirsə, o zaman komandaya münasibətin dəyişir. "Qəbələ"də də indi məhz bunlar hiss olunur.

- Bəzi azarkeşlər belə hesab edir ki, Roman Qriqorçuk nağılı sona çatmaq üzrədir...
- Onun bu komandada sonunun çatdığını deyə bilmərəm. Amma tarix göstərir ki, komandanın bütün futbolçuları ilə normal münasibəti olmayan məşqçilər uğur qazana bilmirlər. O, komandada qalsa belə, yenə Avropa Liqasına vəsiqə verən yerlərdən birini tuta bilər. Bu cür resurslarla belə uğura istənilən məşqçi imza ata bilər.

- Amma "Qəbələ" qarşısına çempion olmaq hədəfini qoyub. Onların "Qarabağ"la rəqabət aparması mümkündür?
- Rəqabət yoxdur. Toparlana, ağdamlılara bir görüşdə qalib gələ bilərlər. Amma onların sonadək bu komanda ilə rəqabət aparmaları mümkün deyil.

- Deməli, bu gedişlə xal fərqi daha da artacaq və ağdamlıların çempionluğu rəsmiləşdirməsi an məsələsidir?
- "Qarabağ" bu yolda ciddiliyini və liderliyini sonadək qorumağa çalışacaq. İşə ən düzgün yanaşma da budur. Amma təbii ki, vəziyyət belə davam etsə, xal fərqi daha da artacaq. Hazırda isə 9 xallıq fərq elə də böyük deyil.

- "Qəbələ"dən Yunanıstan PAOK-u ilə səfər oyununda nə gözləmək olar?
- Ağır olacaq. PAOK hədiyyə deyil. Lakin heç-heçə üçün mübarizə aparmaq olar.

- Bəs "Qarabağ"ın Avroliqanın pley-offuna çıxması nə dərəcədə mümkündür?
- Fikrimcə, bu komandanın hələ şansı var. Londonlular qrupdan çıxmağı məhz Bakıda təmin etməyə çalışacaqlar. Bu da "Qarabağ"ın işini çətinləşdirən amillərdəndir. Təbii ki, komandamızın qol vurmaq üçün yaxşı şansları olacaq. Amma əsas məsələ onlardan maksimum yararlanmaqdır. Buna nail olsalar, "Tottenhem"ə qalib gələ bilərlər. azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail