“Artıq Yunanıstanda Azərbaycan bayrağına hörmətlə yanaşırlar”

24.11.2015 | 2607 dəfə oxunub

“Qəbələ” noyabrın 26-da Avropa Liqasının qrup mərhələsində səfərdə PAOK-la qarşılaşacaq.

Stadium.az xəbər verir ki, PAOK  klubu əvvəlki görüşlərlə müqayisədə, bu matçın təhlükəsizlik tədbirlərini daha da gücləndirəcək.

Parisdə baş verən məlum hadisələrin təkrarlana biləcəyindən ehtiyat edən Saloniki təmsilçisi yerli azarkeşlərin  stadiona bir qədər tez girməsinə şərait yaradacaq.  

“Qəbələ” klubunun meneceri Səməd Nəsibov Qol.Az-ın müxbiri ilə söhbətində oyunöncəsi komandada heç bir gərginliyin olmadığını deyib:

“Təhlükəsizliyə Yunanıstan dövləti və PAOK  cavabdehdir. Yəqin ki, son hadisələrə görə təhlükəsizlik baxımından daha diqqətli olacaqlar. Komandamız normal şəkildə meydana çıxacaq”.

Klub rəsmisi yunan azarkeşlərlə bağlı problemin olmayacağına da inandığını bildirib: “Düzdür, “Apollon”la oyunda xoşagəlməz hallar baş vermişdi. Ancaq Yunanıstan təmsilçiləri artıq Azərbaycan klubuna, bayrağımıza hörmətlə yanaşırlar. Bunu “Panatinaikos”la oyunlarda gördük.  “Panatinaikos”un fan-klubları bəyanatlarında bildirmişdi ki, biz heç bir ölkənin atributlarına hörmətsizlik etmərik.  Qeyd etmişdilər ki, Bakıdakı oyunda hansısa xoşagəlməz hal olsa, buna cavab verəcəklər. Gördüyünüz ki, hər iki görüşdə, eləcə də PAOK-la Bakıdakı qarşılaşmada heç bir neqativ hal baş vermədi. Məncə, PAOK azarkeşləri də eyni  mədəniyyətə sahibdirlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail