Robert Prosineçki Bolqarıstanla oyundan danışdı və start heyətini açıqladı

13.10.2015 | 2791 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Bolqarıstanla sonuncu oyunundan öncə mətbuat konfransı keçirib. Stadium.az xəbər evrir ki, xorvat mütəxəssis son oyun barədə belə danışıb:

- Bütün komanda oyuna ciddi hazırlaşıb. Yaxşı nəticəyə imza atmaq istəyirik. Rəqibdə sürətli oyunçular var. Biz onları yaxşı analiz etmişik. İtaliya ilə çətin oyundan sonra bu görüşdə yaxşı nəticəyə imza atmaq istəyirik. Bolqarıstan millisinin Xorvatiya ilə görüşünü təhlil etmişəm. Kompakt  oyun sərgiləyirlər. Yaxşı futbol göstərmək və sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.

- Start heyətini açıqlayacaqsızmı?

- Problem yoxdu. Heyətdə 3 yeni futbolçu olacaq. Start heyəti belədi: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ruslan Qurbanov, Elnur Cəfərov.

- Bədavi Hüseynovu qırmızı vərəqə aldığına görə dəyişmişdiz. Bəs digər əvəzetmələri nəyə görə etmisiz?

- Heyəti açıqlamağım bəs edər. Bütün “kartlarımı” açmaq niyyətində deyiləm.

- Bolqar azarkeşlər sabahkı oyuna o qədər də maraq göstərmirlər. Bu amil millinin sabahkı oyunda xal qazanmasına nə dərəcədə kömək edə bilər?

- Biz futbolu azarkeşlər üçün oynayırıq. Futbolçular futbol oynayırlar ki, azarkeşlər stadiona gəlsinlər, oyundan həzz alsınlar. Əgər sabahkı oyuna az bilet satılıbsa, mən çox məyusam.

 

- Xorvatiyadakı həmkarınızı yola saldınız. Sabah da bolqar həmkarınızı yola salacaqsız...

- Mən bu barədə fikirləşmək istəmirəm. Futbolda belə şeylər olur. Mənim mentalitetim elədi ki, hər oyuna ciddi hazırlaşıram və hər dəfə qələbə qazanmaq istəyirəm. Rəqibin baş məşqçisinin istefa verib-verməməyi məni maraqlandırmır. Ümid edirəm ki, Bolqarıstan yığmasının məşqçisi postunda qalacaq. İstəyirəm ki, sabah qələbə qazanaq.

- “Xəzər Lənkəran”ın transfer qadağasından qurtulmaması Rahid Əmirquliyevin oyun keyfiyyətinə, yığma karyerasına təsir edə bilərmi?

- Mən bilirəm ki, “Xəzər Lənkəran” məlum səbəbdən çətinlik çəkir. Bu barədə Rahidlə çox söhbət etmişəm. Mən millinin məşqçisiyəm, fərqi yoxdu Rahid “Xəzər Lənkəran”da oynayır, ya “Sumqayıt”da. Nə qədər ki, mən baş məşqçiyəm, Rahid yığmada olacaq. O, milli üçün həmişə əlindən gələni edib, yaxşı oyun göstərib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail