Yerin cənnət olsun, Sakit müəllim!

12.10.2015 | 3429 dəfə oxunub

1993-cü il idi 1 sinfə təzə gedirdim. Səhv etmirəmsə Turan Bərdə Pambıqçısı ilə oynayırdı. Dayım mayor idi, müharibənin qızğın vaxtları, hər axşam atışma başlayan kimi kişilərin döyüşə, uşaq, qadın və qocaların "podvala" getdiyi gövr... Elə həyatımı həsr etdiyim, aşiqi olduğum futbola aşiq olduğum günlər. Ən böyük, məni bu idman növünə qovuşduran döyüşçü dayımın gəlişini həmişə səbrsizliklə gözləmişəm.... Aldığı şirniyatdan başqa gətirdiyi hərbi papaq, güllə gilizi bir tovuzlu uşağın ən böyük arzusu idi. Amma bir dəfə 2 günlük məzuniyyətdə idi. Yenə şirniyyat, papaq və bu dəfə həqiqi güllə gətirmişdi mənə.... Amma sonuncu hədiyyəsi mənim həyatımı tam fərqli məcraya yönəltdi... Hədiyyələri verib üzümdən öpdü, məni çiyninə alıb, tovuzluların məbədinə çevrilən yerə - şəhər stadionuna apardı. İlk dəfə idi Rəqiblər üçün əsl cəhənnəmə çevrilmiş məbədə ayaq basdım. Futboldan da çox şey idi o vaxt Turan. Müharibə dövründə Tovuz camaatının tək təsəlli güc, qüvvə topladığı və düşmənin başına od yağdırmaqda ən böyük stimullarından idi. O komandanın başqa yerə köçürülməsi də mümkün idi, amma buna etiraz edərək "biz buradan gedən deyilik, doğma rayonumuza əlimizdən gələn köməkliyi edəcəyik, lazım gəlsə döyüşəcəyik, heç yerə getməyimiz mümkün deyil" deyən də elə Sakitlə, Cəfər olmuşdu. Dayım məni çiynindən yerə qoyub:" qaqa bax o bığlı, Cəfərdi, o 11 nömrə də Musadı, bax indi qol vuracaq" dedi... Həmin andan az sonra cərimə zərbəsi oldu. Topa yaxınlaşan 5 nömrəni göstərib "dayı, bəs o kimdi?" dedim. "Sakitdi qaqa, kapitanımız" cavabını verdi. o vaxtdan KAPİRAN SÖZÜNÜN SİNONİMİ İDİ SAKİT ALIYEV MƏNİM ÜÇÜN. vaxt keçdi böyüdüm... Mənim dayımdan qalan 2 miras hələ də mənimlədi :vətən sevgisi və futbol... Necə hərbi formada birini görəndə dayım gözümün önünə gəlirsə, kapitan deyiləndə də Sakit müəllim gəlir... Yenə ilıər keçdi....Mən indi Turanın mətbuat katibiyəm, formasını geyməyi arzuladığım mənim üçün müqəddəs olan bu klubun formasını mənə hədiyyə edən ilk insan da Sakit müəllim olub.... Mətbuat katibi kimi ilk məşqçim olan insan da.... Yazmaqla bitmir.... Seçilmişlər ölümündən sonra əfsanələşir... Sən, ölməmisən! FUTBOLUMUZDAN "SAKİT"CƏ BİR ƏFSANƏ KEÇDİ!!! Yerin cənnət olsun, Sakit müəllim!

Süleyman Tağıyev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail