Hanı o "mujik"? YAZI

12.10.2015 | 2802 dəfə oxunub

Yenə kənardan baxacağıq, amma bu dəfə bir az da boynu bükük. Çünki bu dəfə Fransada çoxları olacaq. Çoxları olacaq, biz isə yox. AVRO-2016 hara, biz hara?

Bizdə Albaniya, Şimali İrlandiya, İslandiya, Uels kimi milli komanda yarada bilmədilər bu illər ərzində. Boş-boş danışdılar, milyonlarla pulu hara gəldi xərclədilər, amma düz-əməlli milli yarada bilmədilər. İndi isə cənabların hamısı çəkilib durublar kənarda. Elə bil millinin yenə autsayderlər sırasında olmasının günahkarı onlar yox, AFFA-nın keşikçisi, nə bilim sürücüsü və ya bir başqasıdır.

Axı, siz neçə illərdir deyirdiz ki, bütün fəaliyyətiniz AVRO-2016-nın final mərhələsinə düşməyə hesablanıb. Nə oldu? Hanı AVRO-2016? Hanı bu istiqamətdə havaya sovrulan milyonlar? AFFA-nın baş katibi Elxan Məmmədov indi çıxıb deyir ki, millinin başında lap əvvəldən Robert Prosineçki olsaydı, başqa nəticə ola bilərdi. Adama deyərlər ki, bəs biz bar-bar bağıranda ki, Foqtsu göndərib normal məşqçi gətirmək lazımdır, siz Elxan Məmmədov Berti Foqtsu dahi adlandırırdız, ona “mujik” deyirdiz, marketinq sahəsində mənimsədiyiniz biliklər sayəsində Foqtsun qardaşının mehmanxanasında milli üçün təlim-məşq toplanışları təşkil edirdiz, dövlətin pullarını almanlara peşkəş edirdiz. Nə tez unutduz?

O gün baxıram ki, AFFA prezidenti Rövnəq Abdullayev yenə millət vəkilliyinə namizədliyini irəli sürüb. Heç şübhəm yoxdur ki, seçiləcək. Sözüm odur ki, AFFA prezidenti kimi bu milləti saymırsa, heç olmasa millət vəkili kimi çıxsın bu camaatın qarşısına bizi başa salsın ki, niyə millimiz yenə autsayderdir, niyə U-21 millimiz 0:7 hesabı ilə məğlub olur, niyə U-19 və U-17 millilərimiz həmişəki kimi qapazaltıdır? Niyə, niyə, niyə...

O boyda AFFA-da bir nəfər yoxdur çıxıb desin ki, bu uğursuzluqların günahkarı mənəm, haqqınızı halal edin, mən getdim. Heç kim eləməz, heç kim deməz! Çünki hamı bilir ki, milli ilə bağlı bütün rəzalətlərin səbəbkarı Elxan Məmmədovdur. O, isə günahını boynuna alacaq, səhvini etiraf edəcək qədər böyük insan deyil! Onun kimilər həmişə sudan quru çıxmağa alışıblar.

AVRO-2016 nağılı bitdi. Yenisini uydurmaq üçün əla fürsətdi. DÇ-2018, AVRO-2020... O projedə də bir xeyli pulun  başına daş salarsız, sonra da Robert Prosineçkini çıxardıb, yerinə gətirdiyiniz üçün deyərsiz ki, o, lap əvvəldən millinin başında olsaydı... Davam edin, bəylər. Onsuz da sizin verdiyiniz qərarlara sorğu-sual yoxdur!  

Emin ABBASOV

P.S. AVRO-2016 nağılının ssenari müəllifi Elxan Məmmədov idisə, baş qəhrəmanı da Berti Foqts idi. Görəsən, indi hanı o “mujik”? Nə əcəb Berti Foqts Azərbaycandan gedəndən sonra bir iş tapmadı. Axı, AFFA rəhbərliyi ona dahi deyirdi... 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail