Rəşad Sadıqov: "Ən əsas məqsədimiz məğlub olmamaqdır"

10.10.2015 | 4033 dəfə oxunub

"Sabah bizi çətin oyun gözləyir. Rəqib qrupdan çıxmaq üçün Bakıdan qələbə ilə ayrılmaq istəyir. Bizim də öz planlarımız var.İtaliyaya da sürpriz edə bilərik. Ən əsas məqsədimiz məğlub olmamaqdır".

Stadium.az xəbər verir ki, bu sözləri millimizin kapitanı Rəşad Sadıqov "Avro-2016"nın seçmə mərhələsində İtaliya millisi ilə oyun öncəsi deyib.

O bildirib ki, 100-cü oyununda qələbə qazansalar, bu, onun üçün ən böyük hədiyyə olar:

"Ancaq heç-heçə də bizim üçün yaxşı nəticə olacaq"

R.Sadıqovun sözlərinə görə, "Avro-2016"nın seçmə mərhələsindən sonra futbolçu karyerasını başa vura bilər:

"Yazılanlara fikir vermirəm. Mən də qəbul edirəm ki, futbolda qocalmışam. 33 yaş futbolçu üçün böyük yaşdır.Bu seçmə mərhələni başa vurandan sonra karyeramı bitirə bilərəm. Hətta bu oyundan sonra karyeramı bitirə bilərdim. Ancaq baş məşçimiz dedi ki, tələsmə".

R.Sadıqov deyib ki, 2012-ci ildəki millimizlə indiki arasında xeyli fərq var:

"O vaxt daha təcrübəli futbolçularımız var idi. İtaliya da o dövrdə daha güclü idi."



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail