Konte: "Azərbaycanda yeni baş məşqçi nəyəsə nail olub"

09.10.2015 | 3806 dəfə oxunub

Sabah Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq İtaliya seçməsinin baş məşqçisi Antonio Konte qarşılaşmadan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Son bir həftə olduqca yaxşı məşqlər keçdi. Sadəcə Pirlo məşqdə aldığı zədədən dolayı oyunda iştirak etməyəcək. Lakin əsas olan sabahkı oyundur. Hər şey əladır. Ümid edirik ki, hər şey bizim xeyrimizə olacaq.

- 1 il əvvəl demişdiniz ki, federasiya baxımından tək qalmısınız və heç kim sizə kömək olmur. İndi necə?

- Bu müddət ərzində fikirlər dəyişib. İndi qarşımızda daha böyük işlər var və fikrimizi oyunlara yönəltmişik. Hədəfimiz Avropa çempionatına vəsiqə qazanmaqdır.

- Azərbaycana qarşı aqressiv, yoxsa səbrli İtaliya görəcəyik?

- Rəqib olduqca çətindir. Son oyunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda yeni baş məşqçi nəyəsə nail olub. Ümid edirik ki, bu oyunda qəələbə qazanaraq istəyimizə nail olacağıq.

- Pirlonun yoxluğu necə təsir edəcək və hansı taktikadan istifadə edəcəksiniz?

- Pirlo bizim üçün önəmli futbolçudur. Ancaq sabahkı oyunda bu yoxluğu hiss etməməyə çalışacağıq. Taktikaya gəlincə, futbolçularımız istedadlıdır və bir neçə taktika ilə çıxış edə bilərik.

- 3-5-2, 4-3-3 və 4-4-2 taktikası ilə oynayırsınız. Demək olarmı ki, bir futbolçu bir neçə yerdə oynayır?

- Bizim futbolçular hər mövqedə oynamağa hazırdır. Çalışacam ki, oyun ərzində yeniliklər edərək komandanın yaxşı cəhətini göstərək.

- Futbol Federasiyasının prezidenti bildirib ki, sizin qalmağınızdan razı olardılar. Bu getməyinizdən xəbər verir?

- Bizim 2 məqsədimiz var. Birinci qrup mərhələsinə vəsiqə qazanmaq, ikincisi qrupda yüksək nəticə qazanmaq. Federasiya prezidentinə təşəkkür edirəm ki, işimizi dəyərləndiri.

- İtaliya millisi 48 oyndur məğlub olmur. Sabahkı oyunda bu tilsim sına bilər?

- Çalışacağıq ki, bu seriyanı davam etdirək. Amma qeyd etməliyəm ki, yeni stadionda çoxlu azarkeş qarşısında ilk oyun keçiriləcək. Çalışacağıq ki, sürprizə imkan verməyək. Təbii ki, hər iki komandanın futbolçuları eyni səviyyədə deyil. Amma rəqibi qiymətləndiririk və çətin oyun olacaq"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail