"Xəzər Lənkəran"da Akademiyanın həftəsi FOTO

09.10.2015 | 4691 dəfə oxunub

Geridə qoyduğumuz həftə aşağı yaş liqaları tam sürət götürdü.

 

Stadium.az xəbər verir ki, ötən həftələrdə yalnız U-15 liqasının matçları keçirilirdisə, bu həftə 19, 17 və 16 yaşlılar da mövsümə start verdilər.

Bazar ertəsi səfərdə “Vətən”lə qarşılaşan "Xəzər Lənkəran"ın U-17 komandası rəqibə məğlub olub. Rəqibin vurduğu qollara Kamal Dənziyev iki dəfə cavab versə də, son dəqiqələrdə təyin olunan penalti oyunun nəticəsini həll etdi – 2:3. Qeyd edək ki, Kamal Dənziyev bu mövsümdə artıq 6 dəfə fərqlənib - onun hesabında əvəzedicilər çempionatında vurduğu 4 qol da var. Növbəti gün isə U-15 ev oyununa çıxdı. Bu turda Mircəlal Əliyevin yetirmələri “Kəpəz”lə üz-üzə gəldi. Favorit statusunu tam doğruldan 2001-ci il təvəllüdlü futbolçular 7:0 hesabı ilə qalib gəldilər. Qolları Əliağa Məmmədov (3), Tural Bayramov, Qədir Həsənov, İsmayıl Bəbirzadə və Aydın Ağazadə vurublar. Hazırda “Xəzər Lənkəran” U-15 Liqasında dörd oyundan maksimum nəticə qazanan dörd komandadan biridir.

Çərşənbə günü U-19 komandası mövsümdə ilk matçına çıxdı. UEFA Gənclər Liqasına vəsiqə qazanmış “Rəvan”ı qəbul edən Hafiz Əliyevin komandası böyükhesablı qələbə qazana bildi. 3:0 hesabı ilə qalib gələn komandamızın heyətində qolları Kənan Bağırzadə, Arzu İsmayılzadə və Fərid Ağazadə vurdular. “Xəzər Lənkəran” TV oyunun icmalını diqqətinizə çatdırır:

U-16 qrupu da ilk tur oyununa evdə çıxdı. “Qarabağ”la qarşılaşan komanda Asim Cəfərov və Nurlan Fərəclinin qolları ilə 2:1 hesabı ilə qalib gəldi. Bu matçın da icmalı gün ərzində “Xəzər Lənkəran” TV Youtube kanalında yerləşdiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail