Vaqif Sadıqov: "Millimiz 3-cü yeri tutacaq gücdədir"
"Hamı fikirləşir ki, Malta ilə matç rahat olacaq. Belə düşünsək, bu, bizə qarşı çevrilə bilər. Əksinə, bu ən ağır oyunlardan biri olacaq. Rəqib İtaliyadakı oyunun son bölümlərində buraxılan topla minimal hesabla uduzdu. Bu, Malta millisinin öz meydanında xal üçün meydanın hər qarışı uğrunda var gücü ilə mübarizə aparacağını göstərir".
Stadium.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
"Avro-2016"nın seçmə qrup matçı ilə əlaqədar Azərbaycan millisi ilə birgə Maltaya səfərə çıxan V.Sadıqovun fikrincə, baş məşqçi Robert Prosineçki və onun köməkçiləri rəqibə layiqincə qiymət verir, lazımi təhlillər aparıblar: "İnşallah, sabah meydana tam hazır komanda çıxarılacaq. Qələbəyə köklənməkdən əlavə, ardıcıllığı davam etdirmək və xal ehtiyatını artırmaqdan ötrü məzmunlu oyun və rəqibə hörmətlə yanaşmaq çox vacibdir. Məncə, bu, yığmamızda nəinki vacib, hətta bəlkə ən üstün olan amildir. Biz Maltanı İtaliya və ya Xorvatiyadan ayırmır, hər bir komanda ilə oyuna ciddi, peşəkarcasına hazırlaşır, məqsədyönlü iş görür, bütün gücümüzü sərf etməklə nəticə əldə etməyə çalışırıq. Məncə, bu oyunda da belə olacaq. Futbolçularımız sonadək mübarizə aparıb lazımi xalı əldə edəcək və yüksəlişi davam etdirəcəklər".
V.Sadıqovun sözlərinə görə, Azərbaycan millisi hazırda yer aldığı H qrupunda 3-cü yer uğrunda mübarizə aparmağa qadirdir. Amma bunun üçün hədəfə pillə-pillə addımlamaq lazımdır: "Turnir cədvəlinə baxdıqda, ən azı Bolqarıstanı keçməyə imkanımızın olduğunu görürük. Amma gəlin, biz 3 oyunu fikirləşməyək. Hər bir qarşılaşmaya pillə-pillə baxaraq adlayaq. Növbəti rəqib Maltadır. Əvvəlcə bu komandanı məğlub edək, sonra da İtaliya ilə Bolqarıstanı düşünək. Amma məncə, millimiz Malta, Bolqarıstan və Norveçlə 3-cü yer üçün mübarizə aparacaq gücdədir".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |