Bravo, Elxan Məmmədov - danışılmış oyunların kralı (YAZI)

04.09.2015 | 3976 dəfə oxunub

"Avro-2016"nın seçmə mərhələsində evdə Azərbaycan yığmasını (6:0) hesabı ilə darmadağın edən Xorvatiya millisini qəbul etdik. Bu görüşdə nəinki dünya, hətta özümüz belə yığmamızın ən azından qapısından 3-4 top buraxaraq, böyükhesablı məğlubiyyət alacağını proqnoz etmişdik. Çünki rəqibimiz dünyanın ən yaxşı komandalarından biridir. Brazilya, Fransa, Hollandiya, İtaliya kimi milliləri məğlub edən əzəmətli bir komandadır. Bütün dünya millimizin məğlubiyyətini gözləməkdə çox böyük yalnışlığa yol veriblər. Çünki onlar hələ AFFA-nın prezdenti Rövnəq Abdullayevin, baş katib Elxan Məmmədovun sehirli çubuğunun olduğunu bilməyiblər. Yoxsa, millimiz haqda belə düşünməzdilər. Deyirəm bu AFFA deyilən qrumun rəhbər şəxsləri heç utanmırlarda. Bunlar elə bilirlər ki, Prosineçkinin vasitəsiylə Xorvatiya millisinə yalvarıb onlardan xal alacaqlar, Azərbaycan xalqı bunu bilməyəcək. Rövnəq Abdullayev vəElxan Məmmədovun bu son etdiyi iyrənc, və alçaldıcı hərəkətlə futbolumuzun və milli komandamızın olmadığını sübut etdi. Cənablar, yəni siz doğurdanmı elə bilirdiniz ki, doqquz milyon insanı, xalqı, azarkeşləri, onların gördüyü gözləri aldada biləcəksiniz. Xorvatiya millisi ilə danışılmış oyuna gedəcəksiniz, bunu heç kəs bilməyəcək. İnşallah bu yaxınlarda FİFA sizin fırıldağı nümaişkəranə dünyaya bu byaxınlarda bəlli edər. Əgər millimiz Beynlxalq yarışlardan kənarda qalarsa, ağır cəzaya mruz qalarsa, heç kəs təcüblənməyəcək. Bu barədə narahat olmayın. çünki hər kəs dünən hər şeyi öz gözləriylə gördü. Bunu kor belə görərdi. İlk hissənin bir çox epizodlarını qoy qırağa Xorvatlar heç oyun oynamaq haqda düşünmürdülər. Sadəcə, ilk yarıda meydanda gəzişməklə məşğul idilər. İkinci yarıda azərbaycan millisi cərimə zərbəsindən ev tapşırığı yerinə yetirən zaman Əfran İsmayılov və Qara Qarayevinnecə ustalıqla səhv etdikərini hər kəsə nümaişkaranə göstərməsi də, böyük istedadı. Matçın 2-ci dəqiqəsində Xorvatiya millisinin və “Bavariya”nın qol maşını Manzukiç təkbə-tək epizod zamanı topu çölə vurur. Əlbəttə ki, bu epizod zamanı topa toxunan manzukiçin deyil, hansısa Banqladeşli futbolçunun olduğunu düşünmdüm. Almaniya futbolunu yaxşı bilən və daima çempionatları və oyunalrını izləyən bir insan və bir jurnalist kimi deyə bilərəm ki, həmin gün Xorvatiya millisinin heç bir futbolçusu özünə bənzəmirdi. Bu bir və iki olsaydı bunu təsadüf adlandırmq olardı. Lakin baxın oyunun 27-ci dəiqəsi İvan perisiç topu qapıdan bilərəkdən keçirmir. Matçın 36-ci dəqiqəsi rəqibin iki nömrəli yarımmüdafiəçisi qol şansını boşa verir. İkinci hissənin 1-c. 47-ci,64-cü,84-cü dəqiqələrində də qol maşını Manzukiç təkbətək, real qol vəziyyətlərini boşa verir. Dünyanın ən güclü millilərinə, klublarına, qapıçılarına qol vuran Manzukiç, Azərbaycan qarşısında niyə aciz qaldı. Axı korda görərdi ki, Xorvatiyalı futbolçuar, və Manzukiç topu bilərəkdən çölə və qapıçının üstün vurur. İnanın rəqib dünən meydanda 10 dəqiqəyə millimizə 3-4 qol vura bilərdi. Özünüz outrun analiz edin hər şeyi açıq –aydın görəcəksiniz. Nə oldu, “Barselona”nın, “Real Madridin” ulduzları Modriç, Raxitiç, heç meydanda görünmürdü. Mübarizələrin bir çoxunda futbolçularımıza niyə uduzsunlar ki? Hə bax bunu fikirləşmək üçün o, qədərdə yekə baş lazım deyil. Çünki onları oynamamağa vadar edən Rövnəq Abdullayevin, Elxan Məmmədovun şirin vədləridir. Dünən bir Azərbaycanlı kimi, bu oyundakı görüntü, AFFA-nın bu iyrənc hərəkətindən sonar utanc duydum. Xorvatiya millisi üçün Azərbaycanla qolsuz heç-heçə məğlubiyyət kimi olmalı idi. Əgər təmiz mübarizə olsaydı? Ancaq onların heç vecinədə deyildi. Çünki AFFA-dan alacaqlarını və dəyərini yaxşı bilirlər. Hələ Prosineçkinin utanmaz-utanmaz mən futbolçularımla fəxr edirəm deməsi lap faciə oldu. Azərbaycan futbolunu bərbad hala salan Rövnəq Abdullayev, manapoliya yaradan Elxan Məmmədov, jurnalistlərin suallarına, qəzəbi qarşısında sipər olmağa çalışan “Miki Maus” ləqəbli AFFA-nın mətbuat katibi Mikayıl Nərimanğlunun yerinə utandım. Utandım, ona görə utandım ki, bu rəzillik bütün Avropa və dünya qarşısında oldu. Hətta Rus sərhçiləri belə çəkinmədən Xorvatların güclərinin 30 faizini belə Azərbaycanla oyunda istifadə etmədiklərini matçı sərh edərkən söylədilər. Rövnəq Abdullayev, Elxan Məmmədov, Mikayıl Nərmanoğlu bu şou kimə görə və nəyə görə hesablanmışdı. Çox gümanki Dövlət başçısının xoşuna gəlmək, silinən və dağıdılan milyonların üstünü ört-bastır etməkdir məqsədiniz. Matçdan sonar görün AFFA-nın prezdenti nə deyib. "MİLLİNİN ÜZVLƏRİNƏ DEMİŞDİM Kİ, XORVATLARDAN ƏVƏZ ÇIXIN. Necədə savadsız və gülməli bir tapşırıqdı. Görün ha, Azərbaycan millisi Xorvatiya yığmasından (6:0) məğlubiyyətin əvəzini çıxmalıdır. Siz kimi aldadırsız, siz belə oyunlarla hara qədər getməyi düşnürsünüz. Xalqın, Azarkeşlərin, jurnalistlərin futbolla ürəyi döyünən insanların bəsdir qanını içdiniz. Bir gün gələcək ya qəzəblənmiş xalqın, o da olmasa, Allahın qarşısında əzabla cavab verəcəksiniz. AFFA-nın mətubat katibinə isə ayıb olsun. Mikayıl Nərimanoğlu özünün də uzun illər çalışdığı, indidə işlədiyi, sahənin mənsublarına hörmət qoymursan. Media mənsubları, və tanıdığın jurnalistləri əcnəbilər qarşısında hər zaman əskiltməyə çalışırsan. AFFA-nın şeflərinin çaldığı tütəyə oynadığını uzun illərdi bilirik. Bəs bir günlük gəlib-gedən əcnəbilərin ayağına öz ölkənin jurnalistlərini niyə verirsən. Yəni pul hazırki vəzifəni itirmək qorxusu gözlərini və mənliyini bu qədərmi dəyərsiz edib. İndi aydın oldu ki, bir qrup Jurnalistləri niyə Gürcüstana “Barselona”- Sevilya” Super Kubok oyununa təmənnasız aparmışdınız. Axı siz elə - belə xərc və iş görmsiniz. İnanıram ki, həmin jurnalistlərin bir çoxu bilsəydilər ki, siz onlara məhz bu səbəbdən jest edirsiniz, heç Gürcüstana getməzdilər. Hələ dəyərli həmkarımız, hər zaman düzgünlüyü ilə seçilən Stadium.Az saytının baş redaktoru Vüsal Bəbirliyə qarşı etdiyiniz hərəkət sizin zəifliyinizi, qorxduğunuzu, və peşəkar olmadığınızın nümunəsidir. Belə tanınmış jurnalisti içəri buraxmamaq. azarkeş kimi bilet aldırıb matçı tribunadan izlətmək, sizin rəzilliyinizin əlamətidir. Vüsal Bəbirli sizə tutarlı cavab verib. Laqkin bir həmkar kimi bunuda mütləq işıqlandırmağı özümə borc bildim. İnanıram ki, bütün bu rəzilliyiniz, sizin “oyununuzun” son ritmləridir. Düşünürəm ki, sizlərin də kef edən vaxtlarınızın sonu yaxınlaşır. Bizi Avropa və Dünyaya dünən rəzil etdiyiniz üçün AFFA və rəhbərləri sizlərə ayıb olsun. Əgər bacarırsınızsa, utanın Utanın utanın.

Əli HƏYATİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail