Gəncə şəhər stadionunu sökürlər FOTOLAR

01.08.2015 | 10347 dəfə oxunub

Gəncə şəhər stadionunda son 3-4 gündə təmizlik işləri aparılır. Stadium.az xəbər verir ki, tribunalarda sıradan çıxmış plastk oturacaqlar sökülür, yay mövsümünə uyğun olaraq stadionun ərazisində alaq otları biçilir, yaşıllıqlar suvarılır.

“Kəpəz”in Müşahidə Şurasının qərarına əsasən, komandanın ev oyunlarının məhz bu arenada keçirilməsi nəzərdə tutulur və Gəncə şəhər rəhbərliyi də bu işdə kluba yaxından dəstək verir.

İdman qurğusunda görülən işlərə rəhbərlik edən iş icraçısı Xəqani Səfərov klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

 “Stadion uzun illər baxımsızlıq səbəbindən bərbad vəziyyətə düşüb. Şəhər rəhbərliyi tərəfindən ərazinin abadlaşdırılması üçün müvafiq tapşırıqlar verilib. Gecəli-gündüzlü bu işlərlə məşğuluq, iməclik keçiririk. Şəhər ictimaiyyəti aparılan işlərdə fəallıq göstərir. Gəncə şəhər stadionu əvvəllər ölkənin sayılıb-seçilən ikinci arenası olub. Hər bir gəncəlinin arzusu “Kəpəz”in tezliklə ayaqüstə qalxması və azarkeşləri qələbələrlə sevindirməsidir. Şəhər stadionu yenidən qurulacaq, tamaşaçılar sevimli komandamızın davamlı uğurlarına buradan şahidlik edəcəklər.”

25 min tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunun  yarıməsrlik tarixi var. Ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verilən arena "Dinamo" Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb.









Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail