Adil Şükürov: "Hazırlaşmaq üçün çox az vaxtımız olub"

30.07.2015 | 2614 dəfə oxunub

"Bu oyunda da komandanın həyata keçirmək istədiyimiz taktikanı necə mənimsədiyini görməyə çalışdıq. Təbii ki, kollektivin az müddətdə bərabər olması anlaşma və taktiki gedişlərdə öz təsirini göstərir. Həmçinin, ümumi yüklənmə dövründəki yorğunluq da hiss olunurdu".

Stadium.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov "Samtredia" ilə yoxlama oyunundan (1:3)sonra deyib.

Təcrübəli mütəxəssis komandasının Premyer Liqanın startına qədər mümkün qədər yaxşı hazırlaşmağa çalışacaqlarını bildirib:"Hazırlaşmaq üçün çox az vaxtımız olub. Ancaq ümumilikdə oyun planı və fiziki hazırlıq baxımından nəyəsə nail olduğumuzu deyə bilərəm. Heyətin tam formalaşması da müəyyən qədər vaxt apardı. Legionerlər toplanışın son günlərində bizə qoşuldular. Onlardan biri isə Bakıda komandanın düşərgəsində olacaq.

Çalışacağıq ki, Premyer Liqanın startına qədər mümkün qədər yaxşı hazırlaşaq. Oyuna gəlincə, yoxlama görüşlərində nəticə önəmli deyil. Taktiki tapşırıqlarla yanaşı, futbolçulara mümkün qədər ehtiyatlı oynamağı tövsiyyə etmişdim. Qarşılaşmadan öncə də onlara dedim ki, burada nəticə önəmli deyil, siz mənə çempionatın startına tam hazır vəziyyətdə, zədəsiz lazımsız. Kiçik zədələri nəzərə almasaq təlim-məşq toplanışını itkisiz başa vurduğumuzu deyə bilərəm".

Ərzurum toplanışını başa vuran “Zirə” bu gün vətənə dönür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail