Cinayətkarlar 11 qat Azərbaycan çempionunu olan polisi bıçaqlayıblar

30.07.2015 | 6481 dəfə oxunub

İyulun 29-da Qaradağ rayonu ərazisində ​11 qat Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası, polis kapitanı Kamil Şərifov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.

Stadium.Az xəbər verir ki, bu barədə çempionun dostu, tanınmış məşqçi Kamil Zeynallı məlumat verib. 

Məlumata əsasən, Qaradağ rayonunun Qobu qəsəbəsində oğurluq hadisəsini araşdıran polis kapitanı Kamil Şərifov tək başına beş nəfər şübhəli şəxsi saxlamaq istəyib. Şübhəli şəxslər polisə tabe olmayaraq, ona hücum ediblər və cinayətkarlardan biri polis kapitanına qəflətən 3 bıçaq zərbəsi endirib. 11 dəfə Azərbaycan çempionunu bıçaqlayan şəxslər ərazidən uzaqlaşıblar.

Onun sözlərinə görə, 4 qat dünya çempionu təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, orda da əməliyyat olunub. Şərifov hazırda Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunur.

Kamil Şərifovun yaxın dostu, məşqçi Kamil Zeynallı öz İnstagram səhifəsində onun xəstəxana çarpayısında uzanıqlı vəziyyətdə fotosunu yayıb.

Fotonun yanındakı şərh bölümündə isə yazılıb: 

“Allah şəfa versin, qardaşım. 2 saat keçən əməliyyatdan sonra yaxşıdır hər şey. Səni belə incidənlər çox getməz, qardaşım. “Prince Baku”, daima biz dostların sənin yanındayıq... Gecə saat 1-də vəzifə borcunu yerinə yetirərkən 5 şübhəlini saxlayıb, sonda əlbəyaxa olublar, 3 bıçaq zərbəsi alıb”. 

Qeyd edək ki, K.Şərifov idmançılar arasında “Prince Baku” ləqəbi ilə də tanınır. 



  #1   Adınız: meri;   E-mail: ---

18.08.2015 13:58

allah seni qorusun

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail