Mişel Platini AFFA-dan yardım istəyir

30.07.2015 | 2624 dəfə oxunub

UEFA prezidenti Mişel Platini FIFA prezidenti postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Stadium.az xəbər verir ki, fransalı funksioner müvafiq məktubu ali futbol qurumuna üzv olan 209 milli assosiasiyanın prezidentləri və baş katiblərinə göndərib.

Məktubda deyilir: "Mən futbolun və şəxsən özümün gələcəyimi ölçüb-biçərək, dərindən və çox düşünülmüş qərar qəbul etdim. Əlbəttə, bu zaman sizin dəstəyinizi, çoxlarınızın mənə göstərdiyiniz hörmət və etimadı əlimdə rəhbər tutdum. Öz taleyini öz əlinə almağın lazım gəldiyi anlar da olur. Mən belə dövrlərdən birini keçirirəm. Bu, həyatımda və FIFA-nın taleyini müəyyənləşdirən hadisələrin davamındakı sınaq mərhələsidir".

Platini bildirib ki, ötən yarım əsrlik dövrdə FIFA-nın cəmi 2 prezidenti olub: "Bu isə futbolda da radikal dəyişikliklərin, iqtisadi irəliləyişlərin baş verdiyi müasir dünya üçün təəccüblü, paradoksaldır. Lakin bu yaxınlarda baş vermiş hadisələr bizi ali futbol idarəetmə orqanında yeni səhifəyə başlamağa və onun rəhbərlik prinsiplərini yenidən dərk etməyə vadar edir. Sizin dəstəyinizə və on milyonlarla azarkeşə görmək istədikləri nümunəvi, vahid, həmrəylik nümayiş etdirən, hörmət və sevgiyə layiq olan, insanlar naminə çalışan FIFA-nı hədiyyə edə biləcəyimizə ümid edirəm".

FIFA prezidentliyinə namizədlər 2015-ci il oktyabrın 26-dək ərizələrini verməlidirlər. Seçkilər isə 26 fevral 2016-cı ildə keçiriləcək. Hazırkı FİFA prezidenti Yozef Blatter seçkiyədək postunda qalacaq. Blatter 1998-ci ildən rəhbərlik etdiyi ali futbol qurumuna mayın sonlarında yenidən seçilib. Lakin o, cəmi 4 gün sonra istefa verib. Bundan başqa, korrupsiya qalmaqalları ilə əlaqədar FIFA-nın bir neçə yüksək vəzifəli məmuru vəzifəsindən azad edilib və həbs olunub. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail