"Qarabağ" qrupa düşərsə neçə milyon qazanacaq? - UEFA AÇIQLADI

25.07.2015 | 5304 dəfə oxunub

UEFA Çempionlar Liqasının mükafat fondunu elan edib. Stadium.az хəbər verir ki, I təsnifat mərhələsinə qatılan klublara 200 min avro veriləcək.

"Qarabağ"ın mübarizəyə başladığı II təsnifat mərhələsində hər komanda 300 min avro əldə edəcək. Növbəti mərhələnin dəyəri 400 min avrodu. "Play-off" çıхan komandalar 3 milyon, burda qalib gələnlər daha 2 milyon avro qazanacaq.

Qrup mərhələsinə vəsiqə qazanan hər klub 12 milyon avro iştirak haqqı alacaq. Qrupdakı hər qələbəyə görə iştirakçılara 1.5 milyon, heç-heçəyə görə 500 min avro veriləcək.

1/8 xinala çıхan komandalar 5.5, 1/4-də iştirak edəcəklər 6, yarımfinala vəsiqə qazananlar 7 milyon avronu kassasına qoyacaq.

Çempionlar Liqasının finalistinə 10.5, qalibinə isə 15 milyon avro verib.

Qeyd edək ki, yarışa II təsnifat mərhələsindən başlayan və "Rudar"ı (Çernoqoriya) yenərək "Seltik"ə rəqib olan "Qarabağ" artıq iki mərhələyə görə 700 min avro qazanıb.

Çempionlar Liqasının mükafat fondu

I təsnifat mərhələsi: 200.000 avro
II təsnifat mərhələsi: 300.000 avro
III təsnifat mərhələsi: 400.000 avro
"Play-off" mərhələsi: 3.000.000 avro
"Play-off"un qalibləri: 2.000.000 avro
Qrup mərhələsi: 12.000.000 avro
Qrup mərhələsində qələbə: 1.500.000 avro
Qrup mərhələsində heç-heçə: 500.000 avro
1/8 final  mərhələsi: 5.500.000 avro
1/4 final mərhələsi: 6.000.000 avro
Yarımfinal mərhələsi: 7.000.000 avro
Finalist: 10.500.000 avro
Qalib: 15.000.000 avro

Avropa Liqasının da mükafat fondu bəllidi. UEFA klublara I təsnifat mərhələsinə görə 120, II mərhələyə görə 130, III mərhələyə görə 140, "play-off" mərhələsinə görə 150 min avro verir.

Qrup mərhələsinə vəsiqə qazanan hər klub 1,3 milyon avro alacaq. Qrupdakı hər qələbənin dəyəri 200, heç-heçənin dəyəri 100 min avrodu. Qrup qaliblərinə 400, ikinci yerlərin sahiblərinə 200 min avro veriləcək.

1/16 finala çıхan komandalar 200, 1/8 finala vəsiqə qazananlar 350, 1/4 finalda iştirak edənlər 450 min, yarımfinalda mübarizə aparacaqlar 1 milyon avro qazanacaq.

Finalist 2.5, Avropa Liqasının qalibi isə 5 milyon avro mükafat alacaq.

Qeyd edək ki, iki mərhələ keçən və III təsnifat mərhələsinə vəsiqə qazanan "İnter"lə "Qəbələ" 3 mərhələ üçün 390 min avro qazanıb. I təsnifat mərhələsində uduzan "Neftçi" isə 120 min avro ilə kifayətlənib.

Avropa Liqasının mükafat fondu

I təsnifat mərhələsi: 120.000 avro
II təsnifat mərhələsi: 130.000 avro
III təsnifat mərhələsi: 140.000 avro
"Play-off" mərhələsi: 150.000 avro
Qrup mərhələsi: 1.300.000 avro
Qrup mərhələsində qələbə: 200.000 avro
Qrup mərhələsində heç-heçə: 100.000 avro
Qrup qalibləri: 400.000 avro
Qrup ikinciləri: 200.000 avro
1/16 final mərhələsi: 200.000 avro
1/8 final mərhələsi: 350.000 avro
1/4 final mərhələsi: 450.000 avro
Yarımfinal mərhələsi: 1.000.000 avro
Finalist: 2.500.000 avro
Qalib: 5.000.000 avro



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail