Dodo: "Biz gürcülərin bu davranışlarına ancaq öz qələbəmizlə cavab verməliyik" - MÜSAHİBƏ

07.07.2015 | 4131 dəfə oxunub

"Qəbələ"nin yarımmüdafiəçisi Dodonun Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Dinamo"suna (Tiflis) qarşı keçirəcəkləri cavab matçı öncəsi müsahibəsini təqdim edirik:

- "Qəbələ"nin Tiflisdəki məğlubiyyətinə nə səbəb oldu?
- Bizim yaxşı və güclü komandamız var. Mümkündür ki, komandada baş verən son dəyişikliklərin təsiri oldu. Daha yaxşı oynamağımız üçün zaman lazımdır. Özümüz də xeyli səhvə yol verdik. Elə birinci hissədə öz imkanlarımızdan maksimum istifadə etsəydik, hər şey tam fərqli olacaqdı. Hər halda qarşıda cavab oyunu da var və vəziyyəti xeyrimizə dəyişmək şansımız qalır.

- Məğlubiyyət komandaya təsir etmədi?
- Xeyr. Biz optimistliyimizi qoruyuruq. Yaxşı şansımız var.

- Gürcü azarkeşlərin Azərbaycan bayrağına, "Qəbələ"nin atributlarına, azarkeşlərinizə qarşı hərəkətlərini necə qəbul etdiniz?
- Artıq beş ildir Azərbaycanda yaşayıram və özümü bir azərbaycanlı kimi hiss edirəm. Bu ölkənin hər bir vətəndaşı kimi, mənə də orada gördüklərim qətiyyən xoş olmadı.

- Sizcə, onların bu hərəkətinə necə cavab vermək lazımdır?
- Biz onların bu davranışlarına ancaq öz qələbəmizlə cavab verməliyik. Bundan yaxşı heç nə düşünmək olmaz. Həm də biz mübarizəni ilk təsnifat mərhələsində dayandıra bilmərik. 

- "Qəbələ"dən cavab oyununda nə gözləyək?
- Gürcüstan klubunu keçmək üçün yaxşı şansımız var. Sadəcə, qələbə qazanmaq lazımdır. Biz bunu bacaracaq gücdəyik. Meydanda xarakter nümayiş etdirməliyik. Birinci oyunla müqayisədə daha yaxşı çıxış etməliyik.

- Bəs ardıcıl ikinci mövsümdə də heç nə alınmasa, onda necə olacaq?
- Bu barədə heç danışmaq, düşünmək də istəmirəm. Mənim beynimdə ancaq bir şey var - qələbə! (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail