Rusiya dövlət adamları bizimkilərə futbol dərsi keçdi

05.07.2015 | 5526 dəfə oxunub

Ötən gün azərbaycanlı nazir, deputat və rəsmi şəxslərdən ibarət komanda rusiyalı həmkarları ilə futbol matçı keçirib. Stadium.az xəbər verir ki, “Dalğa Arena”da baş tutan və saat 20:00-da başlamış oyunda qonaqlar bizim siyasilərdən ibarət komandanı darmadağın ediblər.

Dostluq görüşü heç də adlandırıldığı kimi dostca hesabla bitməyib. Şimal qonşularımızın qapımızdan keçirdiyi 6 qolun əvəzinə bizimkilər sadəcə 2 qolla cavab verə biliblər.

Azərbaycan komandasının heyətində millət vəkilləri Fazil Mustafa, Adil Əliyev, Təhsil Naziri Mikayıl Cabbrov, İqtisadiyyat və sənaye Naziri Şahin Mustafayev, Baş Nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdürü Azər Əmiraslanov, AFFA-nın baş katibi Elxan Məmmədov, “Kəpəz” Futbol Klubunun baş məçqisi Şahin Diniyev, futbol üzrə milli komandamızın baş məşqçisinin köməkçiləri Mahmud Qurbanov, Faiq Əzizov və digər bir sıra tanınmış siyasət və futbol adamları çıxış ediblər. 

Təsəlli qollarımızdan birinə isə Şahin Diniyev imza atıb. Əlavə olaraq bildirək ki, Azərbaycan komandasının baş məşqçisi Vaqif Sadıqov olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail