Cavid Hüseynov: "İlk hissədə rəqibdən çəkindiyimiz üçün çox pis futbol oynadıq"

03.07.2015 | 5519 dəfə oxunub

"İlk dəqiqələrdən rəqibin kəskin hücumlar edəcəyini bilirdik. Biz də ilk hissədə rəqibdən çəkindiyimiz üçün çox pis futbol oynadıq". 

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Avropa Liqasının I təsifat mərhələsində "Dinamo"ya məğlub olduqları oyundan (1:2) sonra deyib.  

"Qəbələ"nin avrokuboklarda ilk qolunun müəllifi olan Cavid komandasının doğma meydanda tamam fərqli futbol oynayacağını bildirib: "Komandamız gec özünə gəldi. "Dinamo" azlıqda qaldıqdan sonra təzyiqi artırdıq. Amma yenə də nəsə çatmırdı. Hücumları məntiqi sonluqla başa çatdıra bilmirdik. Ümumiyyətlə hücumda çox zəif çıxış etdik. Düşünürəm ki, mərhələ keçmək şanslarımız 50/50-dir. Doğma meydanda tam başqa cür futbol oynayacağıq. 

İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq. Məğlub olduğumuz üçün vurduğum qolun sevincini də yaşaya bilmirəm. Demək olmaz ki, rəqib qırmızı vərəqə aldıqdan sonra komandamız hücuma atılaraq müdafiəni boş qoydu. Sadəcə olaraq uşaq səhvlərindən qollar buraxdıq. Yeni futbolçularımız haqqında nəsə demək tezdir. Onların komandaya necə yararlı olacağını zaman göstərəcək". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail