Roman Qriqorçuk: "İnanıram ki, növbəti matçda hər şey yaxşı olacaq"

03.07.2015 | 6173 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qirqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsində  səfərdə"Dinamo"ya (Tiflis) 1:2 hesabı iməğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.


-Biz Qriqorçuku son oyunlarına görə bəyənmişdik. Bugünkü oyunda "Qəbələ" qorxaq oyun nümayiş etdirdi...Bu matçdakı "Qəbələ" əvvəlki komanda deyildi.

- Bizdən yaxşı oyun gözlədiyinizi bilirəm. Mən də belə istəyirdim. İnanıram ki, növbəti matçda hər şey yaxşı olacaq. Avroliqaya hazırlıq üçün vaxtımız az oldu. Komandada dəyişikliklər var idi. Birinci hissədə pis oynadıq. Futbolçularda narahatlıq var idi. Başa düşürəm ki, bu cür məğlubiyyətdən sonra özümüzə gəlməyimiz asan olmayacaq. Ancaq bilirəm ki, növbəti matçlarda yaxşı oynayacağıq. Bu gün oyunumuz alınmadı. Çox təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik.

- Rəqib azlıqda qalsa da, qollar vurmağı bacardı. Bunu necə başa düşmək olar?

- Bu, futbol oyunudur, hokkey deyil. Futbolda azlıqda qalan komanda qol vura bilər. Bu da səhvlərdən qaynaqlanır. Sadəcə, rəqib azlıqda düzgün oynadı. Biz isə kobud səhvlər etdik. Mən belə səhvləri gördükdə hiddətlənirəm. Komandanın formalaşması üçün zamana ehtiyac var. Bəlkə də, ilk oyun olduğu üçün bu qədər səhvlər oldu.
 
- Dodo ilə Rəşad Sadiqovu meydana gec buraxdığınızı düşünmürsünüz?

- Bu əvəzetmələrlə oyunu dəyişmək istədik. Rikardinyo hücumameyillidir, Rəşad oyunu üzərinə götürməyi bacarır. Dodo isə tam hazır deyildi. Az məşq etmişdi. Zədədən döndükdən sonra yenidən zədə almışdı. Onu gec oyuna daxil etdiyimi düşünmürəm.
 
- Növbəti mərhələ barədə nə düşünürsünüz?

- Bizim hədəfimiz cavab oyununu daha yaxşı keçirməkdir. Cavab matçında bugünküdən daha yaxşı çıxış etməliyik və bu səhvləri təkrarlamamalıyıq.
 
- Şanslarınızı necə dəyərləndirirsiniz?

- Şansımız qalır. Amma konkret neçə faiz olduğunu deyə bilmərəm. Cavab görüşündə imkanlarımızdan yararlanmağa çalışacağıq.
 
- Bu matçdakı səhvləri cavab görüşünə qədər düzəldə biləcəksiniz?

- Müdafiədə səhvlərə yol verdik. Ötən mövsüm təxminən 20 oyun keçirmişik. Bu müddətdə müdafiənin mərkəzində belə səhvlər etməyimiz hələ yadıma gəlmir. Mərkəz müdafiəçi yerini tərk edir, digəri onu sığortalamır. Ürfan Abbasov da mərkəzə çəkilmir bu anda. Ümumilikdə bu gün bizim günümüz deyildi.

- 10 nəfərlə oynayan gənc futbolçulara uduzmaq nə dərəcədə ağırdır?

- Mən bu suala artıq cavab vermişəm. Buraxdığımız səhvlər fərdi idi. Qol epizodları yaradıb fərqlənməli idik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail