"Avropa Oyunlarında ilk "10-luğ"a düşməyi istəyirəm" - MÜSAHİBƏ

27.05.2015 | 4328 dəfə oxunub

İyunun 12-də Bakıda start götürəcək Avropa Oyunlarına 2 həftədən bir az çox zaman qalıb. Stadium.Az xəbər verir ki, oyunlar, Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə hər 4 ildən bir keçiriləcək. Bu Oyunlarda, ölkəmizdə tamaşaçılar üçün daha çox populyar və sevimli olan bədii gimnastika idman növü üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası və fərdi proqramda çıxış edəcək Marina Durunda ilə yanaşı, gənc və istedadlı Ayşən Bayramova da iştirak edəcək. Təəssüflər olsun ki, zədə aldığına görə oyunlarda çıxış edə bilməyəcək Gülsüm Şəfizadəni əvəz etmək üçün məhz, o ən axırıncı an seçildi. Adət-ənənəyə sadiq qalaraq, Azərbaycan Gimnastika Federasiyası sizin diqqətinizə Ayşən Bayramova ilə olan müsahibəni təqdim edir.


- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?

- Mən gimnastikayla 6 yaşımda məşğul olmağa başladım. İlk öncə məni qrup hərəkətləri komandasına götürdülər, daha sonra mən özümü fərdi çıxışda sınadım və beləcə hər şey başladı.


- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?

- Heç bilmirəm... Mən üzgüçülüklə məşğul olmuşam - pis də alınmırdı, lakin xoşuma gəlmirdi (gülür). Bu cür uğurla həndbol ilə də məşğul olmuşam.


- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?

- Mənim sirrim bundan ibarətdir: Fikirlərin tam toplanması.


- Fikrincə hər hansı idman növündə vacib olan nədir?

- Özünü zədələrdən qorumaq və təslim olmadan məqsədə doğru addımlamaq.


- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

- İdmanda anidən zədə almaq mümkündür və bundan heç kəs sığortalanmayıb. Zədə almamaq üçün, bizə düzgün yıxılmağı öyrədirlər, lakin əgər səhv buraxsan, ciddi zədə ala bilərsən.


- İdmanda kumirin varmı?

- Əvvəllər kiçik olanda, kumirim Alina Kabayeva idi, indi isə kumirim yoxdur. Gimnast kimi Yana Kudryavtsevanı bəyənirəm, o sadəcə idealdır.


- Yaxın gələcək üçün idman planlarından danış bir az.

- Avropa Oyunlarında ilk "10-luğ"a düşməyi istəyirəm, daha sonra isə Dünya Çempionatında iştirak etsəm, 24 ən yaxşı gimnastın siyahısına düşmək istərdim. Dünya Çempionatında komanda hesabında mükafatçılar sırasında olmağı arzulayıram.


- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?

- İlk öncə biləndə ki, bu cür irihəcmli yarışda ölkəni mən də təmsil edəcəm, çox sevindim. Avropa Oyunlarında layiqli çıxış etmək istərdim.


- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?

- Bu haqda, hələ düşünməmişəm.


- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

- Həftənin bazar günləri və ya cümə axşamları günü alınır.


- Öz ailən haqda danış bir az.

- Mənim anam idmanı, xüsusilə bədii gimnastikanı çox sevir. Mənim bir əkiz bacım var – Türkan. Və bir balaca qardaşım var, Sərxan əvvəllər akrobatikayla məşğul olurdu, sonra isə cüdo bölməsinə yazıldı.


- Sevdiyin şəxs varmı?

- Hələ ki, xeyr, buna vaxt da yoxdur (gülür).


- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər?

- Və sən onlardan nə eşitmək istərdin? Adətən “Ayşən irəli!!!”, “Ayşən sən bacararsan!!!”.


- Onlara nə demək istərdin?

- Dəstəklədiklərinə görə təşəkkür edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail