"Bakı-2015": Məşəl İsmayıllıda

26.05.2015 | 3693 dəfə oxunub

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə aparılıb.

Stadium.Az "Azərtac"a istinadənxəbər verir ki, şəhərin girişində, Nizami Gəncəvi küçəsində qurulan I Avropa Oyunlarının rəmzi qapısında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Mərasimə gələn insanların sürəkli alqışları altında məşəli karate üzrə dünya və Avropa çempionu Bayram Qəhrəmanov qəbul edib.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət edərək, şəhərin mərkəzi meydanına gəliblər.

Burada yürüşçülər musiqi sədaları altında alqışlarla qarşılanıblar. Poverliftinq üzrə beşqat dünya və üçqat Avropa çempionu Kamil Qafarov Mədəniyyət Sarayının qarşısında quraşdırılan səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. İdman müəllimi Rəvan Qarayev isə ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Mərasimdə aprelin 26-da qədim Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks etdirildiyi videoçarx nümayiş olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail