"Bakı-2015" İranda da yayımlanacaq

26.05.2015 | 3053 dəfə oxunub

Bakı-2015 Qərbi Asiyada ən böyük ölkə olan İranı Avropa Oyunlarını yayımlayan ölkələr sırasına daxil edib. Stadium.Az xəbər verir ki, “General Entertainment and Media” (GEM TV Qrup) bu ölkə üçün eksklüziv yayım hüququnu əldə edib və Oyunları YAHSAT, NILESAT və HOTBİRD kanallarından ödənişsiz yayımlayacaq. 

Razılaşmaya əsasən, televiziya, rəqəmsal və mobil platformalar üzərindən 75 milyon əhalinin fars və kürd dillərində izləyə biləcəyi gündəlik yayımlar təşkil olunacaq. Bakı-2015 yarışlarını yayımlayan şirkətlər İranı da Amerika, Hindistan, Çin, Hon-Konq, Ərəb dünyası və Avstraliya kimi ölkələr sırasına qoşub.

Bakı-2015 Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq bildirib ki, bu, çox təqdirəlayiqdi: “Məqsədimiz bu 50 il ərzində hər zaman mühüm əhəmiyyət kəsb edən yeni beynəlxalq idman yarışlarının Avropa və digər ölkələrdə mümkün qədər çox insan tərəfindən izlənilməsini təmin etməkdi. Beynəlxalq şəbəkələrlə əldə edilmiş bu və digər razılaşmalar dünya üzrə bu kimi yarışlara olan marağın böyük olduğunu göstərir. İran ictimaiyyətinin ilk Avropa Oyunları həyəcanına qoşula bildiyini görmək çox gözəldir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail