Sxadadze Nikolovdan inciyib: "Heç "çox sağ ol" da demədi"

26.05.2015 | 3608 dəfə oxunub

"Açığı, mən çox acıqlıyam. Klubun prezidenti Georgi Nikolovdan incimişəm. Mən 6 il ərzində burada çox yaxşı işlədim. Amma o, heç "çox sağ ol" da demədi. Belə münasibət mənə xoş deyil. Elə təsəvvür yaranır ki, burada boş yerə çalışmışam. Nə isə... Burada çalışdığım üçün azarkeşlərə, Azərbaycan xalqına minnətdaram".

Stadium.Az xəbər verir ki, bu sözləri "İnter" in baş məşqçisi Kaxaber Tsxadadze "Xəzər" TV-yə açıqlamasında deyib.

Azərbaycanda karyerası bitən baş məşqçi sonda hər kəsə təşəkkürünü bildirib: "Qurban Qurbanovu və "Qarabağ"ı təbrik edirəm. Onlar bunu haqq etdilər. Jurnalistlərə və ünsiyyətdə olduğum insanlara təşəkkür edirəm. Kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Tez-tez Azərbaycana gələcəm. Klublarınıza və millinizə azarkeşlik edəcəyəm" (“Qafqazinfo”).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail