"Qəbələ"nin daha iki komandası mövsümü başa vurdu

24.05.2015 | 3330 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının daha iki komandası mövsümü başa vurub. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komanda U-19 Liqasının son turunda “Əlincə” ilə qarşılaşıb. 

Məhsuldar keçən görüşdə “qırmızı-qaralar” böyükhesablı qələbə qazanıb – 6:3. Bu da komandanın mövsümdə 20-ci qələbəsi olub. U-19 Liqasında daha 2 oyunda 1 xal qazanıb, 8 dəfə məğlub olan “Qəbələ” 73 qol vurub, 37-ni buraxıb. Yarışı 62 xalla tamamlayan U-19 mövsümü 3-cü pillədə, bürünc medallarla başa vurub.

Bu mükafat akademiyanın yetirmələrinin cari mövsüm kubok yarışlarını nəzərə almasaq, liqalarda qazandığı 6-cı medaldır. U-17 və U-10-nun çempion olduğu mövsümdə U-12, U-15 və U-16 ikinci yeri tutub.
Bu həftə U-11 də mövsümə yekun vurub. 3-cü yer uğrunda qarşılaşmada “Xəzər Lənkəran”a uduzan “qırmızı-qaralar” yarışı 4-cü pillədə başa vurub. Yarışda ümumilikdə 15 matç keçirən komanda 11 qələbə qazanıb, 1 heç-heçə edib və 3 məğlubiyyət alıb. 91 qol vuran U-11 bu qarşılaşmalarda 20 top buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail