"Neftçi"dən 4-cü "Stadium Tour"

23.05.2015 | 2841 dəfə oxunub

"Neftçi" "Stadium Tour" layihəsi çərçivəsində dördüncü tədbirini keçirib. Stadium.Az xəbər verir ki, bu dəfə layihənin qonaqları Təhsil İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin kollektivi olub.

Onlara ilk olaraq “Bakcell Arena” haqqında məlumat verilib. Daha sonra yeniyetmə futbolçulara stadionun media zalı, paltardəyişmə otaqları, meydançanın ot örtüyü, “Mix Zone” göstərilib. Mərkəzi “Skybox”larla yanaşı, stadionun “VIP lounge” bölməsində olan iştirakçılara “Neftçi”nin “fans-stand” guşəsində forma və şərflər hədiyyə olunub. Tədbirin sonunda qonaqlara stadionda çəkdirilmiş xatirə şəkilləri təqdim edilib.

Qeyd edək ki, “Neftçi” PFK “Stadium Tour” layihəsini davam etdirir. Layihənin növbəti turunun qonaqları [email protected]  e-mail ünvanına müraciət etmiş azarkeşlər olacaq. Əgər siz də “Stadium Tour” layihəmizin iştirakçısına çevrilmək və yaddaqalan bir gün yaşamaq istəyirsinizsə, sadəcə, yuxarıda göstərdiyimiz e-mail ünvanına ad, soyad və mobil nömrənizi göndərin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail