Almaniya Bundestaqında "Bakı-2015-in təqdimatı oldu

24.04.2015 | 2751 dəfə oxunub

Almaniya Bundestaqında Azərbaycanda keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub.

Stadium.Az "Azərtac"a istinadən xəbər verir ki, Bundestaqın İdman Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə bu komitəni təmsil edən deputatlar, Almaniya Federativ Respublikası Hökuməti və bu ölkənin Milli Olimpiya Komitəsinin nümayəndələri, Bundestaq Aparatı və deputat bürolarının əməkdaşları, jurnalistlər iştirak ediblər.

Bundestaqın İdman Komitəsinin sədri, deputat Daqmar Frayta tədbirdə çıxış edərək “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunub.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıqdan danışıb.

Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Oyunlara hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib.

Tədbirdə Avropa Oyunları zamanı tətbiq olunacaq asanlaşdırılmış viza qaydaları, Oyunlarda iştirak etmək istəyən jurnalistlər üçün akkreditasiya şərtləri, müasir infrastruktur layihələri barədə məlumat verilib.

Çıxışlardan sonra məruzəçilər Bundestaqın İdman Komitəsi üzvlərinin Avropa Oyunlarına hazırlıqla bağlı suallarını cavablandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail