"Xəzər Lənkəran"la oyuna 3 xal üçün çıxacağıq"

24.04.2015 | 3638 dəfə oxunub

"Bu matça bütün oyunlarda olduğumuz ruhda hazırlaşırıq. Əlbəttə ki, çətin oyun olacaq. Amma biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi Rafael Santos klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın 31-ci turunda qarşılaşacaqları "Xəzər Lənkəran"la oyun haqda danışarkən deyib.  

Ardıcıl 7 oyunda qələbə qazanan "Qəbələ"nin braziliyalı futbolçusu qarşıdakı oyuna da 3 xal üçün çıxacaqlarını bildirib: "Hər oyuna 3 xal üçün çıxırıq. “Xəzər Lənkəran”la qarşılaşmada da belə olacaq. Biz seriya haqda fikirləşmirik. Vacib olan qələbə qazanıb, 3 xalımızı əldə etməkdir. Bütün fikrimizi oyunlarımıza və qələbə qazanmağımıza yönəldirik. Biz mükafatlar uğrunda sonadək mübarizə aparacağıq. Medalçılar sırasına düşmək şanslarımız var. İstəyimizə çatmaq üçün əzmkarlıqla mübarizə aparmalıyıq”. 

Qeyd edək ki, braziliyalı legioner “Qəbələ”nin heyətində 46 oyun keçirib. Bunların 38-i Premyer Liqa, 6-sı kubok, 2-si Avropa Liqasına təsadüf edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail