Kubokda finalın adı: "Qarabağ" - "Neftçi" - YENİLƏNİB

21.04.2015 | 4544 dəfə oxunub

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Stadium.Az xəbər verir ki, bununla da finalçılar müəyyənləşib.

İlk finalçı əyalətdə bəlli olub. 18:00-da başlayan görüşdə "Simurq" "Qarabağ"ı qəbul edib. İlk oyunda qeydə alınan 1:0 hesablı qələbə Ağdam klubunu finala 1 addım yaxınlaşdırmışdı. Ancaq avrokuboklara vəsiqə qazanmağı hədəfləyən Zaqatala klubu "Qarabağ"ı keçmək üçün bütün qüvvəsini ortaya qoydu. Buna baxmayaraq, görüşdə hesab açılmadı.

Digər oyun isə paytaxtda keçirilib. Burada "Neftçi" "İnter"in qonaı olub. İlk oyunda inamlı qələbə (2:0) qazanan "Neftçi" səfərdə 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, adını finala yazdırıb.

Beləliklə ölkə kubokunun final oyunu "Qarabağ" və "Neftçi" arasında keçiriləcək.


Ölkə kuboku, yarımfinal mərhələsinin cavab oyunları

21 aprel

18:00. “Simurq” – “Qarabağ” 0:0
(İlk oyun - 0:1)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
Zaqatala şəhər stadionu.

19:00. “İnter” – “Neftçi” 2:1
(İlk oyun - 0:2)
Qollar: Arif Daşdəmirov, 37, Baçana Sxadadze, 56 - Nikolas Kanales, 27

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov
“İnter Arena”.



  #1   Adınız: asif;   E-mail: [email protected]

21.04.2015 17:25

Kul azerbaycan. Tv kanalarnin bawina yarim final kecirilir
simurq qarabaq hec bir kanal oynu qorsedmir sora deyiler
azerkewler yoxdu stadyonda

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail