Zabit Səmədovdan nümunəvi addım

20.04.2015 | 3549 dəfə oxunub

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirində qalib gəlməsi nəticəsində qazandığı 1 milyon dirhəm (286 min manat) pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq.

Stadium.Az "Report" agentliyinə istinadən xəbər verir ki, bu barədə Səmədov özü məlumat verib. "Bir döyüş idman növünü təmsil etdiyim üçün ordumuza hər hansı formada köməklik etməyi özümə mənəvi borc bilirəm. Mən bütün qələbələrimi Azərbaycana həsr edirəm!", - Zabit Səmədov deyib.

Aprelin 17-də Z.Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirinin qalibi olub. 31 yaşlı idmançı mübarizəyə yarımfinal mərhələsindən başlayıb. Z.Səmədov şotlandiyalı ulduz Stiv Makkinnonu məğlub edib. Digər yarımfinal qarşılaşmasında Konqo-Almaniya əsilli Danyo İlunqa iranlı Cəfər Əhmədidən üstün olub. Nəticədə finalda Səmədov İlunqa ilə üz-üzə gəlib. Görüş başlayan kimi Azərbaycan təmsilçisi ardıcıl 2 dəfə ayaq zərbələri ilə rəqibini yerə sərib. Növbəti raundlarda döyüşü əks-hücumlar üzərində quran Səmədov kəsərli zərbələrlə 4-cü raundda qələbəyə nail olub. Bununla da "Mauqli" ləqəbli məşhur azərbaycanlı döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.

Dubayda keçirilən bu turnirin super finalı isə bu ilin dekabr ayında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ dolları qazanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail