Rail Məlikovun komandası Cavid İmamverdiyevin komandasına uduzdu

18.04.2015 | 3727 dəfə oxunub

Azərbaycanlı futbolçu Cavid İmamverdiyevin çıxış etdiyi “Elazığspor” klubu boykotu dayandıraraq növbəti oyununa çıxıb. Stadium.az xəbər verir ki, klub Türkiyə  PTT I liqasında öz meydanında “Dənizlispor” üzərində əzmkar qələbə qazanıb.

Hesabda geri düşən “Elazığspor” yekunda 2:1-lik nəticə ilə 3 xala sevinib. 

“Dənizlispor”la keçiriləcək oyun öncəsi bütün oyunçular sözü bir yerə qoyaraq, rəhbərliyi boykot etmək qərarına gəlib. Komanda üzvləri maaşlarını alana qədər də bu aksiyanı davam etdirəcəklərini vurğulayıblar. Belə ki, hazırda Elazığspor” maliyyə böhranı yaşayır və uzun müddətdən bəri maaş almayan futbolçular məşqə çıxmaqdan imtina ediblər. Klubda icarə əsasında forma geyinən Cavid İmamverdiyev isə baş məşqçi Ümit Özat tərəfindən heyətdən kənarlaşdırılmışdı.  

 

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, bu səhər komanda rəhbərliyi futbolçularla görüş keçirib və onların problemlərinin tezliklə aradan qaldırılmasına vəd verilib. Yalnız bundan sonra, “Elazığspor” liqa matçına çıxmaq haqqında qərar açıqlayıb.  

 

Klubun oyununda Cavid İmamverdiyev forma geyinə bilməyib. “Elazığspor” rəqibi “Dənizlispor”un heyətində isə digər həmyerlimiz Rail Məlikov 90 dəqiqəni meydanda keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail