Çingiz Abdullayev: "Onunla çox vaxt birgə oluruq"

18.04.2015 | 3306 dəfə oxunub

"İstəyirdik ki, komanda qalib gəlsin. Lakin bəzi səhvlər buna imkan vermədi. Paltardəyişmə otağında uşaqlara dedim ki, ruhdan düşməsinlər. Başa düşürəm ki, onlar uduzmaq istəmirdilər. Çox təəsüf ki, oyunumuz alınmadı.

Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 30-cu turunda "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə deyib.

O, konkret hansı səbəbdən uduzduqlarını demək istəməyib:

"Bunu baş məşqçi deməlidir. Oyunu  Nazim Süleymanov, İsgəndər Cavadov, Vəli Qasımov, Dmitri Kramarenko  izlədi. Onlar səhvlərimiz barədə fikirlərini bildirdilər. İnanıram ki, səhvlərimizi düzəldəcəyik" - deyə o bildirib. 

"Neftçi"nin Müşahidə Şurasının sədri Azərbaycan kubokuna finala çıxacaqlarını inandıqlarını söyləyib.

Ç. Abdullayev "Neftçi"nin keçmiş prezidenti, hazırda Müşahidə Şurasının üzvü Sadıq Sadıqovla münasibətlərinin soyuq olmadığını bildirib:

"Onunla çox vaxt birgə oluruq. Ancaq bu dəfə Sadıq Sadıqovun səhhətində problem olduğu üçün oyuna gəlmədi. Mən bildiyim qədər küskünlük, inciklik yoxdur. Bunu Sadıq Sadıqovdan soruşmaq lazımdır. O, təcrübəli şəxsdir. Özü mənə bildirib ki, "Neftçi"nin uğurları üçün çalışacaq".

Ç.Abdullayev  azarkeşlərin klubun loqosunun dəyişmək istəyinə etiraz etməsini normal qarşılayıb:

"Biz "Neftçi"nin loqosunun dəyişdirilməsi ilə bağlı qərar qəbul etməmişik. Sadəcə bu məsələni müzakirəyə çıxarmışıq. Artıq 2015-ci ildir. İstəyirik ki, klubun loqosu Avropa standartlarına uyğun olsun. Ancaq heç kəs bunu istəməsə, loqonu dəyişdirməyəcəyik. Bu məsələ ilə bağlı azarkeşlərin həm müsbət, həm də mənfi fikirləri ola bilər. Onlarla da məsləhətləşəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail