Robert Prosineçki: "Tam Hazırıq"

27.03.2015 | 4283 dəfə oxunub

Sabah "Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Malta ilə qarşılaşacaq milli komandamızın baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin sualların cavablandırıb: 

Beş gün hazırlıq keçdik. Məşq prosesindən razı qalmışam. Səbirsizliklə oyunu gözləyirik. Məşqdə götərdiklərini oyunda edə bilsək, qalib gələcəyik. Tam hazırıq. Komandada ab-hava yaxşıdır".

- "Neftçi”dən heç bir oyunçuya dəvət göndərməməyinizin səbəbi nədir?

- Bununla bağlı açıqlama vermişəm. Sabahkı oyuna ən yaxşı formada olanları çağırmışam. "Neftçi”də elə oyunçu yoxdur ki, sabahkı görüşdə bizə kömək etsin.

- Həmişə Ruf Əliyev hücumun sivri ucunda çıxış edirdi. Onun yoxluğunda hücum planınız necədir?

- Raufun zədəsi var idi. Millidə keçirdiyi 4 seçmə mərhələ oyununda qol vurmayıb. Ancaq gələcəkdə onu millidə görə bilərsiniz. Sabah hücumda kimin oynayacağını artıq müəyyənləşdirmişik.

- Azərbaycana gələn gündən bildirmisiniz ki, komandada qələbə ruhunu görmək istəyirsiniz. Buna nə dərəcədə nail olmusunuz?

- Mən komandadan çox razıyam. Çünki tələblərimi məşq prosesində yerinə yetirirlər. İnanıram ki, sabah istədiyim oyunu göstərəcəklər.

- Əvvəlki müsahibələrinizdə bildirmişdiniz ki, öz komandasında 70 faiz oynayan futbolçuları milliyə dəvət edəcəm.

- Mən bildirmişdim ki, həmin futbolçular əsas heyətdə olacaqlar. Emil Balayev gənc futbolçudur. Biz tək sabahkı oyunu yox, millinin gələcəyini düşünürük. Hiss edirəm ki, "Neftçi”dən futbolçu çağırmamağım hamıya pis təsir edib. Ancaq "Neftçi”nin bütün oyunlarını izləmişəm. Görürəm ki, bu klubun futbolçuları millidə oynamağa hazır deyillər.

- Rauf Əliyevin qol vurmamağını deyirsiniz. Onda bəs Nurlan Novruzova niyə dəvət göndərmədiniz?

- Nurlanla bağlı suala 4 dəfə cavab vermişəm. O, mənim oyun sistemimə uyğun deyil.

- Nurlan Məhəmməd Qurbanovdan zəif futbolçudur?

- Mən Məhəmmədi Nurlandan potenisallı hesab edirəm.

- Maltanın baş məşqçisi qeyd edib ki, Azərbaycanda həyəcan var. Nə etmək olar ki, sabaha qədər bu həyəcan aradan qaldırılsın?

- Oyundan əvvəl rəqibin kimliyindən asılı olmayaraq həyacan olmalıdır. Ancaq bizdə əhval-ruhiyyə yüksəkdir. Sabah yaxşı nəticə qazanacağımıza ümid edirik.

-Sizin planlarınızı nə poza bilər?

- Məncə, heç nə planlarımızı poza bilməz. Komandama inanıram. Bilirəm ki, stadion dolu olacaq və ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail