"Qarabağ" "Bakcell Arena"da!

27.03.2015 | 4250 dəfə oxunub

"Qarabağ" klubu mövsümün sonunadək ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Stadium.Az xəbər verir ki, klubun baş meneceri Asif Əsgərovun "Report"a verdiyi məlumata görə, Ağdam təmsilçisi gələn aydan rəqiblərini "Bakcell Arena"da qəbul edəcək. 

Əsgərov yalnız aprelin 1-də "İnter"lə əvvəlki kimi, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşma variantının olduğunu bildirib. 

Hazırda "Neftçi" komandası rəqiblərini "Bakcell Arena"da qəbul edir. "Qarabağ"ın da gəlişindən sonra hər iki komandanın eyni stadiondan yararlanmasında problem yarana bilər. Lakin klub rəsmisi belə bir ehtimalın olmadığını vurğulayıb: "Premyer Liqanın qalan bölümündə "Neftçi" və "Qarabağ"ın ev oyunları eyni tura təsadüf etməyəcək. Bu hal yalnız aprelin 1-də baş verəcək. Həmin gün "İnter"i Respublika stadionunda qəbul etmək niyyətindəyik". 

"Qarabağ"ın ev arenası kimi yararlandığı Tofiq Bəhramov adına Respublika stadionu apreldən "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin sərəncamına keçəcək. Mərkəzi stadionda Avropa Oyunları zamanı kamandan oxatma yarışları təşkil olunacaq. Arena "Bakı 2015"dək oxatma yarışları üçün əlverişli vəziyyətə salınacaq. "Qarabağ" isə mövsümün sonunadək "İnter"dən əlavə, AZAL, "Neftçi" və "Sumqayıt"ı qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail