"Fransızlara yaşatdığımız çətin anları İngiltərə yığmasına da yaşadacağıq"
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirlmiş Fransa – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam AFFA-nın rəsmi saytına açıqlama verib. Stadium.Az xəbər verir ki, almaniyalı mütəxəssis 0:2 hesabı ilə uduzduqları oyuna şərh verib:
"Fransa yığması haqda əlavə nəsə deməyə ehtiyac duymuram. Güclü rəqib qarşısında oynamaq çətindir. Bu oyunda komandamın hər hansı mənfi cəhətini görmədim. Uşaqlar bütün bacarıqlarını nümayiş etdirdilər. Taktiki planda və intizam baxımından yaxşı oynadıq. Son 18-liyi müəyyənləşdirərkən komandanın əsas üzvlərindən biri Təyyar Məmmədov zədə səbəbindən kənarda qaldı. Bizimlə burada olmasına baxmayaraq, təəssüf ki, zədəsini sağalda bilmədi. Əgər zədəli olmasaydı, müdafiənin sağ cinahında oynayacaqdı. Onun mövqeyində 1997-ci il təvüllüdlü Renat Ağaverdiyevə şans verdim. Təəssüf ki, o da ilk hissədə zədələnərək yerini digər 1997-ci il təvüllüdlü Elgün Uluxanova verdi. Oyunun sonunda meydanda 6 nəfər 1997-ci il təvəüllüdlü futbolçu vardı".
Adam İngiltərə yığması ilə oyunda da rəqibə çətin anlar yaşadacaqlarına söz verib: "Əvvəlki müsahibəmdə futbol ictimaiyyətinə demişdim, bir daha təkrar edirəm ki, buraya turisit kimi gəlməmişik. Fransızlara yaşatdığımız çətin anları İngiltərə yığmasına da yaşadacağıq. Məqsədimiz odur ki, son oyunlaradək qrupdakı vəziyyət gərgin olaraq qalsın".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |