Ukrayna millisinin kapitanından rusları əsəbləşdirəcək addım

26.03.2015 | 3197 dəfə oxunub

Rusiyanın "Zenit" klubunun futbolçusu Anatoli Timoşuk Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə baş çəkib. "Seqodnya.ua saytının  məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi Ukrayna yığmasının nümayəndə heyətinin tərkibində Kiyev hərbi hospitalında olub.

Rusiyanın himayə etdiyi separatçılara qarşı vuruşanlarla görüşə yığmanın daha 5 oyunçusu, qapıçılarla işləyən məşqçi və Ukrayna Futbol Federasiyasının yeni prezidenti Andrey Pavelko da yollanıb. Futbolçular əsgərlərə oyun maykası, şərf, vımpel və digər atributlar hədiyyə edib. Döyüşçülərdən bir neçəsinin mayın 27-də İspaniya ilə Sevilyada keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına yollanacağı bildirilir. "Zenit"in Timoşukun hərəkətinə klubu tərəfindən heç bir reaksiyanın verilməyəcəyi bildirilir. Ona Rusiya Futbol İttifaqı da heç bir cəza kəsməyəcək.

Anatoli Timoşuk "Zenit"də 2013-cü ildən çıxış edir. Daha öncə o, 2007 - 2009-cu illərdə də bu klubun formasını geyinib. Hazırda Timoşuk Ukrayna yığmasının kapitanıdır



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail