"Qəbələ" "Qalatasaray"la oynayacaq

26.03.2015 | 3266 dəfə oxunub

"Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının iştirak edəcəyi "VI Manavqat” turnirində qrupların tərkibi və oyunların təqvimi müəyyənləşib. Stadium.az xəbər verir ki, Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq turnirdə 22 komanda mübarizə aparacaq.

Martın 30-da start götürüb, aprelin 3-dək davam edəcək yarışda qonşu ölkənin "Qalatasaray”, "Beşiktaş” "Bursaspor”, İngiltərənin "Çelsi” kimi tanınmış klubları iştirak edəcək.

Püşkə əsasən komandalar 4 qrupa bölünüb. "Qəbələ” 6 komandanın yer aldığı D qrupunda qüvvəsini sınayacaq. "Qırmızı-qaralar” yerli "Qalatasaray”, "Seyrantepespor” və "Özerspor” həmçinin Almaniyanın "Berlin Türkiyemspor”, Danimarkanın "Nordsyelland” klubları ilə mübarizə aparacaq. "Qəbələ” martın 30-da ilk matçını almaniyalılara qarşı keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. 13:30-da "Qalatasaray”la üz-üzə gələcək futbolçularımız qrupdakı növbəti 2 oyununa ertəsi gün çıxacaq. Saat 17:45-də "Seyrantepespor”, 19:15-də "Özərspor” u sınağa çəkəcək "Qəbələ” aprelin 1-də baş tutacaq son turda danimarkalılarla üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.

Hər qrupun iki ən yaxşısı 1-8-ci, 3-4-cü yer sahibləri isə 9-16-cı, 5-ci yeri tutanlar isə 17-20-ci yerlər uğrunda mübarizə aparacaq. Aprelin 2-də ilk iki "səkkizlik”də mübarizə aparanlar 2, "dördlük”dəkilər 1 matçda qüvvəsini sınayacaq. Turnirin son günündə isə həlledici qarşılaşmalar baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail