Mahir Şükürov: "Prosineçki hücum futbolunun tərəfdarıdı"

26.03.2015 | 3345 dəfə oxunub

Milli komandamızın və Türkiyənin “Karşıyaka” klubunun müdafiəçisi Mahir Şükürov seçmə komandamızın məşqindən öncə jurnalistlərin suallarını cavablandırıb.

- Malta ilə oyundan öncə yığmanın düşərgəsində ab-hava necədi?

- Komandada vəziyyət yaxşıdı. Qarşıda çətin oyunumuz var. Məşqlərdə var gücümüzlə çalışırıq. Prosineçkinin dediklərini öyrənmək istəyirik. İnanıram ki, səylərimiz nəticə verəcək və Malta ilə oyun bizim üçün uğurlu olacaq.

- Sizcə, Maltaya qalib gələ biləcəyikmi?

- Qalib gəlməyimiz lazımdı. Düzdü, futbolda sürprizlər çox olur. Xal itirə də bilərik. Amma düşünürəm ki, öz oyunumuzu oynasaq, qələbə qazanacağıq.

- Malta ilə oyunda qələbədən başqa heç bir nəticə yığmamızı qane etməyəcək. Bu fikirlə razısızmı?

- Bunu biz də bilirik. Çalışmalıyıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək və onları stadionlara qaytaraq.

- Rəqib haqda hansı məlumatlara sahibsiniz?

- Bu gün Malta Gürcüstan yığması ilə yoxlama oyunu keçirəcək. Həmin görüşdən sonra baş məşqçi bizə bütün lazımi məlumatları verəcək. Onlara bir dəfə yoxlama oyununda qalib gəlmişik. Amma geridə qalan müddətdə Maltanın heyəti güclənib.

- Robert Prosineçki ilə Berti Foqts arasında nə kimi fərqlər var?

- Prosineçki hücum futbolunun tərəfdarıdı. Düzdü, onun rəhbərliyi altında hələ rəsmi oyuna çıxmamışıq. Amma məşqlərdən görünür ki, hücum futbolunu tələb edir.

- Özünüz Malta ilə oyuna hazırsınızmı?

- Bəli, hazıram. Əvvəl kiçik zədəm var idi. Amma indi hər şey qaydasındadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail