"Xəzər Lənkəran"ın martda etdikləri

02.03.2015 | 3794 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində mart ayının 4-də “Xəzər Lənkəran” səfərdə  “İnter” klubu ilə üz-üzə gələcək. Stadium.az xəbər verir ki, bu qarşılaşma “ağ-yaşıllar”ın 2004-cü ildən bəri mart aylarında keçirdiyi 45-ci matçı olacaq.

İndiyə qədər komanda mart aylarında 44 oyun keçirib ki, onların 18-də də qalib gəlib. 13 dəfə heç-heçə edən və eyni sayda (13 dəfə) məğlub olan “Xəzər Lənkəran” martda keçirdiyi 44 oyunda rəqib qapılarına 64 top vurub, öz qapısından isə 37 qol buraxıb.

Mart ayında ilk dəfə 2005-ci ilin martın 7-də paytaxtın MOİK klubu ilə üz-üzə gələn cənublular sonuncu dəfə ötən ilin martın 29-da səfərdə “Neftçi” ilə qarşılaşıb. Həmin oyunda komanda əzəli rəqibinə minimal hesabla məğlub olub.

“Xəzər Lənkəran”ın tarixi boyu ən yadda qalan oyunlarından biri də məhz mart ayına təsadüf edib. Bu əzəli rəqib “Neftçi” ilə səfərdə baş tutan kubok matçı olub.

Belə ki, 2010/2011 mövsümündə (03.03.10 tarixində) ölkə kubokunun ¼ finalının ilk qarşılaşmasında komanda əzəli rəqibi ilə və matçı idarə edən hakimlər birqadası ilə sanki bir döyüş əməliyyatına çıxmışdı. Həmin oyunda baş hakim və laysmanlar eləcə də dördüncü hakimin bütün cəhdlərinə baxmayaraq, “Xəzər Lənkəran” bu səfər matçında öz qapısından buraxdığı 3 topun əvəzində “Neftçi”nin qapısından 4 qol kerçirib və oyunu qələbə ilə başa vurub. (12cioyuncu.info)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail